UNEC-in tələbə və magistrləri nüfuzlu şirkətdə ödənişli təcrübə imkanı
UNEC-in Karyera Mərkəzinin təşkilatçılığı və KPMG şirkətinin iştirakı ilə keçirilən “Karyera günü”ndə IV kurs tələbələri və magistrlər iştirak edib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, Karyera Mərkəzinin direktoru Fuad Əliyev KPMG şirkətinin Azərbaycanda uğurla davam edən inkişafa, kapital bazarlarının davamlı inkişafına öz töhfəsini verərək, işgüzar biznes mühitinin ayrılmaz hissəsinə çevrildiyini bildirib.
23 May 2017 12:16 SosialUNEC-in Karyera Mərkəzinin təşkilatçılığı və KPMG şirkətinin iştirakı ilə keçirilən "Karyera günü"ndə IV kurs tələbələri və magistrlər iştirak edib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, Karyera Mərkəzinin direktoru Fuad Əliyev KPMG şirkətinin Azərbaycanda uğurla davam edən inkişafa, kapital bazarlarının davamlı inkişafına öz töhfəsini verərək, işgüzar biznes mühitinin ayrılmaz hissəsinə çevrildiyini bildirib. Yerli və beynəlxalq müştərilərə audit, vergi və məsləhət xidmətləri göstərən şirkət UNEC-lə də uğurlu əməkdaşlıq edir. Tələbə və magistrlərimiz mütəmadi olaraq bu nüfuzlu şirkətdə təcrübə keçmək imkanı əldə edirlər. KPMG Azərbaycan nümayəndəliyinin insan resursları üzrə meneceri Nərgiz İbrahimova şirkətdə mövcud təcrübə proqramı və vakansiyalar haqqında namizədləri məlumatlandırıb.