Gündəm

Prezident İlham Əliyev və xanımı IV İslam Həmrəyliyi Oyunlarının qalibləri, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə iştirak ediblər

23 May 2017 13:18

Mayın 23-də "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib.

Bu gün gəlin köçən Xalq artisti danışdı: “Gəlin paltarının qiymətini...”

23 May 2017 13:17

Xalq artisti, Opera və Balet Teatrının solisti Aygün Bayramova bu gün gəlin köçür. Bu Sənətkar toyla bağlı işlərin yekunlaşdığını bildirib: “Bu gün toyumdur. Zənglər olunur, təbriklərin ardı-arası kəsilmir. Özümü yaxşı hiss edirəm. Hər şey çox gözəldir. Ailə qurmağa tam hazıram.”

Deputat: "İslam Oyunlarının keçirildiyi yer həmin ölkənin idmana hazırlığı ilə ölçülür"

23 May 2017 13:14

İslam Həmrəyliyi Oyunlarının keçirildiyi yer, ilk növbədə, həmin ölkənin idmana hazırlığı ilə ölçülür. Bunu millət vəkili Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, Azərbaycanda idman oyunları, beynəlxalq idman yarışlarının keçirilməsi ilk dəfə deyil: "Azərbaycanda müasir tələblərə cavab verən idman obyektləri tikilib.

Azərbaycan dünya ölkələrini sülhə, həmrəyliyə çağırır

23 May 2017 13:09

Azərbaycanda növbəti möhtəşəm beynəlxalq idman tədbiri - IV İslam Həmrəyliyi Oyunları, idman və dostluq bayramı başa çatdı. Bakı müxtəlif ölkələrin atletlərinə bacarıqlarını nümayiş etdirmək, dörd qitədən gəlmiş insanlara birlik və anlaşma ruhunda qarşılıqlı əlaqə qurmaq şəraiti yaratdı. Düz 15 gün ərzində dünyanın diqqəti Azərbaycana cəmləndi, ölkəmizin belə irimiqyaslı idman yarışını yüksək səviyyədə təşkil etdiyini gördü.

Məcburi köçkünlərə ev vermək adı ilə dələduzluq edən qadının cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb

23 May 2017 13:00

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Gülnarə Muxtarovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Beynəlxalq Bankın sağlamlaşdırılması üçün buraxılan 10 mlrd. manatlıq istiqrazın bir hissəsi uçota alınmayıb

23 May 2017 12:58

"Aqrarkredit" QSC tərəfindən təqdim olunmuş emissiya edilmiş istiqrazlar barədə məlumata əsasən 2016-cı il ərzində emissiya edilmiş istiqrazların nominal dəyəri 7 mlrd. manata qarşı istiqrazların satışından 7,5 mlrd. manat vəsait daxil olub.

Bakıda xüsusi zolaqlara daxil olduğuna görə 1319 sürücü cərimələnib

23 May 2017 12:56

Bakıda İslamiada ilə bağlı salınan xüsusi zolaqlara daxil olduqları üçün inzibati məsuliyyətə cəlb edilən sürücülərin sayı açıqlanıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib ki, Bakıda keçirilən IV İslam Oyunları ilə bağlı çəkilmiş xüsusi hərəkət zolaqlarına daxil olanların sayı ötən oyunlarla müqayisədə xeyli azalıb: “Mayın 5-dən bu günədək bu zolaqlara daxil olaraq qayda pozan 1319 nəfər inzibati məsuliyyətə cəlb edilib”.

Azərbaycan Mançesterdə törədilmiş terror aktına- MÜNASİBƏT

23 May 2017 12:51

Azərbaycan Böyük Britaniyanın Mançester şəhərində stadionda törədilmiş terror aktını pisləyir. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində yazılıb. Nazirlik hadisə ilə bağlı həlak olanların yaxınlarına və Böyük Britaniya hökumətinə dərin hüznlə başsağlığı verdiyini bildirib.

Britaniya səfirliyi Azərbaycanı İslam Oyunlarında qələbəsi münasibətilə təbrik edib

23 May 2017 12:49

Böyük Britaniyanın Bakıdakı səfirliyi ötən gün başa çatmış IV İslam Həmrəyliyi Oyunlarında medal hesabında qalib gəlməsi münasibətilə Azərbaycanı təbrik edib.  Səfirliyin təbrikində həmçinin, Oyunların bağlanış mərasiminin də çox gözəl keçdiyi vurğulanıb.

İŞİD Mançester faciəsini bayram edir - "Whatsapp" mesajları 

23 May 2017 12:47

Dünən axşam məşhur amerikalı müğənni Ariana Qrandenin İngiltərənin Mançester şəhərindəki konserti faciə ilə bitib. "Mançester Arena" stadionundakı konsert qurtaranda güclü partlayış olub. Partlayış nəticəsində 22  nəfər ölüb, 59 nəfər yaralanıb. Yaralananların çoxu yeniyetmədir.  Hadisənin terror olduğu təsdiqlənib. İŞİD partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

IV İslam Həmrəylik Oyunları Azərbaycana hansı dividentlər qazandırdı?

23 May 2017 12:43

"Bakı-2017 İslam Həmrəyliyi Oyunları böyük idman uğurları ilə yanaşı, İslam dünyasında həmrəyliyin gücləndirilməsi, xalqlar və dövlətlər arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində mühüm bir addım oldu. Oyunların keçrildiyi günlərdə Azərbaycan, onun paytaxtı Bakı bütün İslam dünyasının diqqət mərkəzində idi. Azərbaycan bir daha sübut etdi ki, o, müasir dünyəvi bir dövlət olmaqla bərabər, din və vicdan azadlığı bərqərar olan, tolerantlığın, multikulturalizmin yüksək səviyyədə qorunub saxlanıldığı, bu sahədə düyaya nümunə göstəriləcək bir ölkədir".

"Fənərbağça"nın ulduz futbolçusu həbs edildi

23 May 2017 12:41

Bu gecə İstanbulda Türkiyəyə qeyri-qanuni yollarla lüks avtomobil gətirən və sənədləri saxtalaşdıran cinayətkar qruplaşmaya qarşı əməliyyat keçirilib. Əməliyyat çərçivəsində 46 nəfər tutulub. Tutulanlar arasında "Fənərbağça" klubunun ulduz futbolçusu Ozan Tufan da var. Onlar hazırda Maslakdakı təcridxanada saxlanılır.

İslamiada: dünya Azərbaycanın qəlbini gördü

23 May 2017 12:39

"İndiyədək çox yarşılarda olmuşuq. Yeni yarışlar, çempionatlar, turnirlər olacaq. Amma Azərbaycanı əsla unutmayacağıq. Buranın insanlarına heyran qaldıq. Azərbaycanın qəlbini gördük, ürəyini duyduq. Sizə çox minnətdarıq".