IV İslam Həmrəylik Oyunları Azərbaycana hansı dividentlər qazandırdı?
"Bakı-2017 İslam Həmrəyliyi Oyunları böyük idman uğurları ilə yanaşı, İslam dünyasında həmrəyliyin gücləndirilməsi, xalqlar və dövlətlər arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində mühüm bir addım oldu. Oyunların keçrildiyi günlərdə Azərbaycan, onun paytaxtı Bakı bütün İslam dünyasının diqqət mərkəzində idi. Azərbaycan bir daha sübut etdi ki, o, müasir dünyəvi bir dövlət olmaqla bərabər, din və vicdan azadlığı bərqərar olan, tolerantlığın, multikulturalizmin yüksək səviyyədə qorunub saxlanıldığı, bu sahədə düyaya nümunə göstəriləcək bir ölkədir".
23 May 2017 12:43 SosialAzərbaycan daha bir beynəlxalq idman yarışına ev sahibliyi etdi. Mayın 22-də IV İslam Həmrəylik Oyunlarının bağlanış mərsimi təşkil edildi. Bununla da Azərbaycan sözün həqiqi mənasında dünyaya sülh, barış və həmrəylik carçısı olduğunu bir daha nümayiş etdirdi. Mərasimdə IV İslam Həmrəylik Oyunlarının iştirakçısı olan dövlətlərin idmançılarının səmimi davranışı, özlərini sərbəst hiss etmələri deməyə əsas verir ki, doğrudan da təmsilçilər özlərini doğma evlərində hiss ediblər. Deməli, IV İslam Həmrəyliyi Oyunlarının paytaxtımızda keçirilməsi birinci növbədə Azərbaycanın İslam dünyasında ən stabil və təhlükəsiz ölkələrdən biri olduğunun növbəti bir sübutu kimi özünü göstərən faktdır. Bu isə o anlama gəlir ki, Azərbaycanın ev sahibliyi etdiyi möhtəşəm idman tədbiri bir daha göstərdi ki, istənilən həmrəylik oyunları, idman yarışları sülhə, xalqlar arasında dostluğa, birliyə gətirib çıxarır. Bakı-2017 İslam Həmrəyliyi Oyunları isə İslam dünyasında həmrəyliyin daha da gücləndirilməsi istiqamətində mühüm addım oldu. Mütəxəssislərin qənaətinə görə, IV İslam Həmrəylik Oyunlarının nəticələri deməyə əsas verir ki, Azərbaycan artıq Azərbaycan artq dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Xatırladaq ki, Azərbaycan idmançıları Avropa Oyunlarından, Rio-2016 Olimpiya Oyunlarından sonra növbəti tarixi qələbəyə imza atdılar. Yığmamız ümumi komanda hesabında 1-ci yeri tutaraq ümumilikdə 162, o cümlədən 75 qızıl, 50 gümüş və 37 bürünc medal əldə edib. Bu isə Azərbaycanın idmana verdiy qiymətlı paralel olaraq idman sahəsində inkişafının əyani göstəricisidir. Mqayisə üçün qeyd edək ki, bundan qabaq keçirilmiş İslam Oyunlarında Azərbaycan yığması ümumilikdə 39 medal, o cümlədən 10 qızıl, 13 gümüş və 16 bürünc medal qazanmışdı.

Ekspertlər hesab edirlər ki, bununla yanaşı, IV İslam Həmrəylik Oyunlarının keçirilməsi ilə Azərbaycan ilk növbədə özünün siyasi nüfuzunu bir daha təsdiq etmiş oldu. Bu oyunlar islam dəyərlərinə malik olan ölkələrin müasir inkişaf etmə potensialının çox böyük olduğunu göstərdi. İslam Həmrəylik Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycan həqiqətlərinin birbaşa təbliğinə geniş imkan yaratdı. İdman yarışları islamın başqa dinlərlə dialoqu baxımından da çox böyük əhəmiyyət kəsb etdi. Oyunlar zamanı qonaqlar Azərbaycandakı multikultural ənənələrlə əyani tanış olmaq imkanı yarandı ki, ölkəmiz bu yolla böyük siyasi dividend qazanmış oldu. Oyunların Bakıda keçirilməsi İslam ölkələrindən gələn istər idman mütəxəssislərinin, istərsə də azarkeşlərin, sıravi insanların nəzərində Azərbaycanla ətraflı tanışlığın bir üsulu rolunu oynadı. Digər tərəfdən, Oyunlarda İslam dünyasının əhatə etdiyi 57 müsəlman ölkəsinin nümayəndələrinin hamısının iştirakının təmin olunması Azərbaycanın İslam aləmində həmrəyliyin möhkəmləndirilməsi yolunda ən effektli və ardıcıl siyasət aparan bir ölkə olduğunu göstərdi.Həmçinin Azərbaycanın İslam həmrəyliyi yönündə apardığı siyasətin real məzmuna malik olduğunun bir daha nümayiş etdirdi. Qeyd edək ki, bu ouynlar sadəcə idman hadisəsi deyil, həm də İslam dünyasının həmrəyliyinin möhkəmləndirilməsinə yönəldilmiş bir siyasi qərar idi. Həmçinin Azərbaycanın İslam ölkələri arasında ən qabaqcıl bir nümunə olaraq göstərdiyi faktdır ki, ölkəmiz İslam dünyasının hərtərəfli inteqrasiyası və həmrəyliyini dövlət siyasətinin prioritetlərindən biri kimi həyata keçirir.
Yeri gəlmişkən xatırladaq ki, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi həm də Azərbaycanın turizm potensialının təbliğində müstəsna rol oynadı. Bu, həmçinin Azərbaycan ictimaiyyətinin İslam ölkələrindən gələn insanlarla ünsiyyəti üçün əla bir şans idi. Bundan başqa, oyunların Bakıda keçirilməsi Azərbaycana xüsusilə də Şərqi və Cənub-Şərqi Asiyanın İslam ölkələrindən investisiyaların cəlb olunması üçün münbit investisiya şəraitini nümayiş etdirmək baxımından əhəmiyyətli idi.
Millət vəkili Rauf Əliyev bildirib ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları böyük idman uğurları ilə yanaşı, eyni zamanda İslam dünyasında həmrəyliyin gücləndirilməsi, xalqlar və dövlətlər arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində mühüm bir addım oldu: "Oyunların keçrildiyi günlərdə Azərbaycan, onun paytaxtı Bakı bütün İslam dünyasının diqqət mərkəzində idi.

Azərbaycan bir daha sübut etdi ki, o, müasir dünyəvi bir dövlət olmaqla bərabər, eyni zamanda din və vicdan azadlığı bərqərar olan, tolerantlığın, multikulturalizmin yüksək səviyyədə qorunub saxlanıldığı, bu sahədə düyaya nümunə göstəriləcək bir ölkədir".

Millət vəkili əlavə edib ki, Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı nəticəsində Bakı-2017 İslam Həmrəyliyi Oyunları çox yüksək səviyyədə təşkil olundu və böyük uğurla başa çatdı. Azərbaycan növbəti tarixi uğra imza atdı: "Bütün bu naliyyətlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin hərtərəfli düşünülmüş, müdrik daxili və xarici siyasətinin həyata keçirilməsi nəticəsində Azərbaycanın yüksək sürətlə inkişaf edən, nəinki regionda eyni zamanda dünyada söz sahibi olan bir ölkəyə çevrilməsi nəticəsində əldə olunub. Qətiyyətlə demək olar ki, IV İslam Həmrəyliyi Oyunlarını bu səviyyədə keçirtməklə Azərbaycan İslam Həmrəylik Oyunlarının yeni standartlarını müəyyənləşdirdi. Son illərdə Azərbaycanın irimiqyaslı beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi etməsi düşünməyə əsas verir ki, Azərbaycan artıq daha böyük idman tədbirini - Yay Olimpiya Oyunlarını keçirməyə namizəd ölkələrdən birinə çevrilib. İnanırıq ki, yaxın illərdə Azərbaycan bu məqsədinə də nail olacaq".
Alim