Gündəm
Rusiyanın təkbaşına vasitəçiliyindən imtina edilməlidir
Son vaxtlar Rusiya ilə Azərbaycan arasında münasibətlərə zərbə vurmağa yönəlik cəhdlərin sayı artdıqca Moskva ilə Bakı arasında bir soyuqluq müşahidə edilməyə başlayır. Xüsusilə, rəsmi Moskvanın, şimal qonşumuzun bəzi rəsmi dairələrinin Rusiya ərazisindəki antiAzərbaycan qüvvələr, əsas etibarilə də erməni lobbisinin müəyyən etdiyi ssenari əsasında hərəkət etməsi, Azərbaycanın maraqlarına zidd addımlar atması ikitərəfli münasibətlərə mənfi təsirsiz ötüşmür.
Azərbaycan daha bir tarix yazdı
Nəhayət ki, İslam ölkələrinin idmançılarının Azərbaycan paytaxtında apardıqları mübarizə sona çatdı. Sayca dördüncüsü sayılan İslam Həmrəyliyi Oyunları öz möhtəşəmliyi, zənginliyi ilə yadda qaldı.
“Azərsun Holdinq” çay yığımına start verdi
"Azərsun Holdinq" tərəfindən yerli fermerlərdən çay qəbulu prosesi davam edir. Ölkə başçısının çayçılığını inkişafı istiqamətində imzaladığı fərman və sərəncamlara uyğun olaraq, Şirkət hər il yerli fermerlərə çay əkinlərinin həyata keçirilməsi üçün müxtəlif maddi,texniki və aqrar yardım ayırıb.
Eyfel qülləsi yenə işıqları söndürəcək - Mançester terroru
Fransanın paytaxtı Parisdə Eyfel qülləsinin işıqları Mançesterdə baş vermiş terror aktı ilə əlaqədar söndürüləcək. Bu barədə Fransa paytaxtının meri Ann İdalqo "Twitter" səhifəsində elan edib. O, hücum nəticəsində həlak olanların yaxınlarına başsağlığı verərək gecə yarısında qüllənin işıqlarının söndürüləcəyini deyib.
Soçi müzakirələri: Putinin iki ciddi addımı və üç mümkün ssenari
Amerika Prezidentinin müxtəlif sərt bəyanatlar verdiyi bir zamanda Rusiya dövlət başçısı geosiyasi əhəmiyyətli iki ciddi addım atıb. Vladimir Putin Soçidə əvvəlcə Angela Merkel, bir neçə gün sonra isə Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Ərdoğan: "İngiltərənin yanındayıq"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən İngiltərədə törədilən terrora münasibət bildirib. O, İstanbul Universitetinin tibb fakultəsinin məzuniyyət mərasimində İngiltərənin Mançester şəhərindəki konsert zamanı baş verən partlayışla bağlı "Mançesterdə baş verən terroru şiddətlə qınayırıq. 22 vətəndaşını itiriən, 59 vətəndaşı yaralanan İngiltərə dövlətinin və xalqının dərdinə şərik oluruq. Terror təşkilatları ilə mübarizə aparmaqda digər ölkələr kimi biz də İngiltərənin yanındayıq" deyib.
Qeyri-sabit hava davam edəcək
Mayın 24-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Nazir müavini: "İslamiadada iştirak edən tələbə-könüllülərə güzəştlər ediləcək"
IV İslam Həmrəyliyi oyunlarında iştirak edən tələbə-könüllülərin tədrisi ilə bağlı ali məktəblərdə güzəştlər ediləcək. Bu barədə təhsil nazirinin müavini Firudin Qurbanov mətbuat konfransında bildirib ki, islamiadanın məşq proseslərində iştirak edən könüllər bəzi dərslərdə, tədris prosesində iştirk edə bilməyiblər. Onun sözlərinə göər, bununla bağlı nazirliyin bütün təhsil ocaqlarına tapşırıq və tövsiyələri olub ki, könüllülərin iştirak etmədikləri dərslərdə qayıbları üzrləri hesab edilin.
Sabirabadda mağaza yanıb
Biləsuvar şəhərində vətəndaşa məxsus mağazada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə evin həyətyanı sahəsində tikilmiş, ümumi sahəsi 9 m2 olan mağazanın yanar konstruksiyaları və içərisinə yığılmış əşyalar yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 11:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Ombudsman aparatının nümayəndələri hərbi hissələri ziyarət edib
Müdafiə Nazirliyi və İnsan hüquqları üzrə müvəkkilin birgə planına əsasən Ombudsman aparatının nümayəndələri “N” saylı hərbi hissələri ziyarət ediblər.”Olaylar”ın məlumatına görə, Ombudsman aparatının nümayəndələri Fəzail Həsənov və Murad Babayev hərbi qulluqçuların məişət şəraiti ilə tanış olub, onlarla rəftar və hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətini öyrənib və şəxsi heyəti maraqlandıran sualları cavablandırıblar.
İki rayon üzrə səyyar qəbul keçiriləcək
Mayın 26-da paytaxtın Nəsimi və Binəqədi rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.
Azərbaycan Gənclər Forumunun Davamlı İnkişaf Şəbəkəsində təmsil olunacaq
Gənclər Təşkilatları Milli Şurasının təmsilçisi Məryəm Məcidova Avropa Gənclər Forumunun Davamlı İnkişaf Şəbəkəsinin üzvü seçilib. “OLAYLAR”-a Milli Şuradan daxil olan məlumata görə, şəbəkənin məqsədi davamlı inkişaf ilə bağlı proseslərlə məşğul olan və həyata keçirilməsində iştirak edən gənclər təşkilatlarını dəstəkləyən təcrübə və təcrübə mübadilələrini həyata keçirmək, 17 Davamlı İnkişaf Məqsədlərini 2030-cu ilə qədər təqib etməkdir. Şəbəkənin üzvləri fəaliyyətlər zamanı Davamlı İnkişaf üçün razılaşdırılmış vəkillik və 2030 Gündəlik icrasının gənclərin, eləcə də gənclər təşkilatlarının qatqıları ilə davamlı inkişafda gənclərin rolunun işıqlandırılmasını təşkil edəcək, 2030 Gündəm monitorinqi və təcrübə inkişafı üçün ən yaxşı təcrübələrin mübadiləsini və onların ölkələrdə Tematik Prioritetlər nəzərdən keçirərək gələcəkdə olacaq üzvlərə dəstək verəcəkdir. Həmçinin, Davamlı İnkişaf gənclər təşkilatları üçün maarifləndirmə və potensialın materialları və alətlərini təmin edəcək.
Paris Azərbaycan Evi: “ÜAK-la bağlı qərar yanlış və qərəzlidir”
Paris Azərbaycan Evi Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi ilə bağlı bəyanat yayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a daxil olan bəyanatda deyilir ki, Ümumrusiya Azərbaycan Konqresi ətrafındakı vəziyyət bizi - xaricdə yaşayan bütün azərbaycanlıları çox narahat edir və bizim bu məsələ ilə bağlı öz mövqeyimizi ifadə etmək borcumuzdur.
Prezident İlham Əliyev Böyük Britaniya Baş nazirinə başsağlığı verdi
Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyə başsağlığı məktubu ünvanlayıb.
Rəcəb Tayyib Ərdoğan: “Məncə bu, doğru olmadı”
Türkiyənin İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) yaranmasının 25-ci ildönümünə həsr olunan Zirvə toplantısı keçirilib. Təşkilata üzv ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən toplantıda Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov təmsil edib.


.jpg)











