Ərdoğan: "İngiltərənin yanındayıq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən İngiltərədə törədilən terrora münasibət bildirib. O, İstanbul Universitetinin tibb fakultəsinin məzuniyyət mərasimində İngiltərənin Mançester şəhərindəki konsert zamanı baş verən partlayışla bağlı "Mançesterdə baş verən terroru şiddətlə qınayırıq. 22 vətəndaşını itiriən, 59 vətəndaşı yaralanan İngiltərə dövlətinin və xalqının dərdinə şərik oluruq. Terror təşkilatları ilə mübarizə aparmaqda digər ölkələr kimi biz də İngiltərənin yanındayıq" deyib.

Qeyd edək ki, terakta görə İŞİD məsuliyyəti öz üzərinə götürüb. Milli.az "Sputniknews"a istinadla xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31