Rusiyanın təkbaşına vasitəçiliyindən imtina edilməlidir
Son vaxtlar Rusiya ilə Azərbaycan arasında münasibətlərə zərbə vurmağa yönəlik cəhdlərin sayı artdıqca Moskva ilə Bakı arasında bir soyuqluq müşahidə edilməyə başlayır. Xüsusilə, rəsmi Moskvanın, şimal qonşumuzun bəzi rəsmi dairələrinin Rusiya ərazisindəki antiAzərbaycan qüvvələr, əsas etibarilə də erməni lobbisinin müəyyən etdiyi ssenari əsasında hərəkət etməsi, Azərbaycanın maraqlarına zidd addımlar atması ikitərəfli münasibətlərə mənfi təsirsiz ötüşmür.
23 May 2017 13:55 SiyasətSon vaxtlar Rusiya ilə Azərbaycan arasında münasibətlərə zərbə vurmağa yönəlik cəhdlərin sayı artdıqca Moskva ilə Bakı arasında bir soyuqluq müşahidə edilməyə başlayır. Xüsusilə, rəsmi Moskvanın, şimal qonşumuzun bəzi rəsmi dairələrinin Rusiya ərazisindəki antiAzərbaycan qüvvələr, əsas etibarilə də erməni lobbisinin müəyyən etdiyi ssenari əsasında hərəkət etməsi, Azərbaycanın maraqlarına zidd addımlar atması ikitərəfli münasibətlərə mənfi təsirsiz ötüşmür. Ən son Rusiya Ali Məhkəməsinin qərarı əsasında Azərbaycanın dünyada ən böyük diaspor təşkilatı sayılan Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi fonunda bunun əyani şahidi olduq. Bütün bu kimi mənfi tendensiyalar heç şübhəsiz ki, Azərbaycan cəmiyyətində Rusiya Federasiyasına olan münasibəti daha da mənfi istiqamətə dəyişmiş olur. Onsuz da Qarabağ məsələsində Rusiyanın Ermənistanın yanında yer aldığını görən Azərbaycan ictimaiyyəti Moskva ilə münasibətlərə yenidən nəzər salmağı məqbul bilir, bu barədə öz mövqeyini ortaya qoyur. Təsadüfi deyil ki, bu günlərdə qeyd edilən mövzu ətrafında ölkə vətəndaşları arasında keçirilən rəy sorğusunun nəticələri də bunu təsdiqləyir. Məlumat üçün qeyd edək ki, "Atlas" Araşdırmalar Mərkəzi Azərbaycan-Rusiya münasibətləri və xarici siyasətimizin yeni prioritetləri mövzusunda 500 respondent arasında sorğu keçirib. Maraqlıdır, görəsən"Atlas" Araşdırmalar Mərkəzinin sorğusunda hansı nəticələr əldə olunub? Sorğunun nəticələrinə nəzər yetirdikdə aydın olur ki, Azərbaycan cəmiyyəti son aylarda şimal qonşumuzdan ölkəmizə qarşı yönəlik təqib və təzyiqləri qəbuledilməz sayır və bu mövqeyə görə, Rusiyanı kəskin şəkildə qınayır. Sorğunun birinci "Rusiyada azərbaycanlıların dünyadakı ən böyük diaspora təşkilatı olan Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi iki ölkə arasındakı münasibətlərə necə təsir edəcək?" sualına cavabda da bunu aydın şəkildə görmək mümkündür. Belə ki, qeyd edilən suala cavab verənlərin 87 faizi Rusiyada azərbaycanlıların ən böyük təşkilatının fəaliyyətinin faktiki qadağan olunmasının Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir edəcəyini söyləyiblər. Respondentlərin cəmi 8 faizi qeydiyyatın ləğvinin münasibətlərə heç bir təsiri olmayacağı düşüncəsindədir. 5 faiz respondent isə suala "bilmirəm" deyə cavab veriblər. Bu mövzunun davamı olaraq respondentlər "Sizcə Rusiyada azərbaycanlıların diaspor təşkilatının fəaliyyətinin qadağan olunmasının arxasında hansı qüvvələr dayanır" sualına cavabda 57 faiz respondent Rusiya hakimiyyətini qınayıb. Sorğu iştirakçılarının 34 faizi isə məlum qərarın qəbulunda Rusiyadakı erməni lobbisinin təsirini xüsusi vurğualylb.
"Rusiynın Dağlıq Qarabağ münaqişəsinin həllindəki vasitəçilyini necə qiymətləndirirsiniz" sualına cavab verənlərin mütləq əksəriyyəti, yəni 93 faizi Moskvanın təkbaşına vasitəçilyini Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirməyəcəyini, əksinə işğalın davamına şərait yaratdığını bildiriblər. Yalnız 5 faiz sorğu iştirakçısı Rusiyanın münaqişənin həllinə çalışdığını hesab edir. Yerdə qalan 2 faiz isə bu haqda bir fikirlərinin olmadığını ifadə edib.
Sorğu maraq çəkən məqamlardan hiri Rusiyanın Dağlıq Qarabağ probleminin həllində vasitəçiliyinə olan inamsızlıqdır. "Azərbaycanın Rusiyanın təkbaşına vasitəçiliyindən imtina etməlidirmi?" sualına cavab verənlərin 78 faizi hesab edir ki, Azərbaycan bu vasiutəçilikdən imtina etməlidir. Yalnız 12 faiz respondent isə düşünür ki, Azərbaycan Rusiyanın təkbaşına vasitəçiliyindən imtina etməməlidir. Sorğu iştirakçılarının 10 faizi isə hesab edir ki, bu prosesə Rusiya ilə yanaşı Birləşmiş Ştatlar və Fransa da cəlb edilməlidir. "Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda Azərbaycan xarici siyasətdə və təhlükəsizliyinin artırılmasına hansı alternativlərə üstünlük verməlidir" - sualına cavabda iştirakçıların 53 faizi təklif edib ki, Türkiyə ilə yeni hərbi əməkdaşlıq sazişi imzalanmalı, ayrıca Türkiyənin Azərbaycanda, o cümlədən Naxçıvanda hərbi bazasının və ya hərbi təlim mərkəzinin yaradılması məqsədilə Ankara ilə danışıqlar başlanmalıdır. Bundan başqa 24 faiz respondent hesab edib ki, Azərbaycan NATO ilə hərbi əməkdaşlığı genişləndirilməlidir. Sorğu iştirakçılarının 14 faizi Avropa İttifaqı ilə inteqrasiyanın sürətlənməsini, 9 faizi isə Rusiya ilə strateji tərəfdaşlığı davam etdirməyi zəruri sayır.
Füzuli