“Tarixi biliklər” adlı müsabiqə
23 May 2017 12:51 İncəsənətBakı Dövlət Universitetində BDU Tarix fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin dəstəyi ilə tarixi-intellektual müsabiqə keçirilib. Muzeydən "Olaylar" - a bildirlib ki, "Tarixi biliklər" adlı müsabiqədə ölkəmizin müxtəlif ali məktəblərinin tələbələrindən ibarət komandalar yarışmışdır. 19 komandanın iştirak etdiyi 3 turdan ibarət yarışda BDU Tarix fakültəsinin "İntibah" komandası ümumi nəticəyə görə I yerə layiq görülüb.
Tarixi Muzeyinin Xarici əlaqələr və elmi kütləvi iş şəbəsinin aparıcı elmi işçisi Nardanə Yusifova və elmi işçi Əli Fərhadov müsabiqədə münsif heyəti kimi çıxış edərək və tədbirin sonunda "Təşəkkürnamə" Bakı Dövlət Universitetinin Tarix fak. dekanı dos. Azad Rzayev tərəfindən təltif olunublar.