Tarix muzeyində “Azərbaycan tarixində almanlar” sərgisi

Milli Azərbaycan Tarixi Muzeyində "Azərbaycan tarixində almanlar" adlı fotosərgi təşkil olunub. Muzeydən "Olaylar" - a bildirlib ki, fotosərgi Prezidenti İlham Əliyevin "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında" Sərəncamına və AMEA - nın Rəyasət Heyətinin müvafiq qərarına əsasən uyğun olaraq qurulub.

Fotosərgidə orta əsrlər dövründə Azərbaycanda olmuş alman səyyahları, XIX əsrdə almanların Azərbaycan köçürülməsi, XIX - XX əsrin əvvəllərində Azərbaycanda alman koloniyalarının həyatını əks etdirən materiallar nümayiş olunub. Fotomateriallar onları izah edən müvafiq elmi məlumatla zəngindi. Sərgidə 140-a yaxın fotoşəkil, müxtəlif illərdə alman təşkilatlarının Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyələri göstərilir.

Sərginin açılışında Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Milli Azərbaycan Tarixi Muzeyinin direktor, akademik Nailə Vəlixanlı və Elmiekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədov çıxış ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31