Ukraynada Azərbaycan prezidentinə həsr olunmuş ktabın təqdimatı keçiriləcək

Milli Məclisin deputatı  Elmira  Axundova  mayın 23-dən 25-dək  Ukraynada səfərdə olacaq. Məqsəd Kiyevdə  Elmira  Axundovanın müəllifi olduğu “İlham Əliyev: Prezidentin portreti dəyişikliklər  fonunda” adlı kitabın Ukrayna dilinə tərcümə  edilmiş nəşrinin təqdimat  mərasimində iştirak etməkdir.

Milli Məclisin deputatı  Elmira  Axundova  mayın 23-dən 25-dək  Ukraynada səfərdə olacaq. Məqsəd Kiyevdə  Elmira  Axundovanın müəllifi olduğu "İlham Əliyev: Prezidentin portreti dəyişikliklər  fonunda" adlı kitabın Ukrayna dilinə tərcümə  edilmiş nəşrinin təqdimat  mərasimində iştirak etməkdir. MM-dən "Olaylar"a verilən məlumata görə, ölkənin tanınmış siyasətçilərinin, ədəbiyyat və elm xadimlərinin qatılacağı tədbirdə deputatımız görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, ulu öndərin layiqli varisi Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü  uğurlu  dövlət  siyasəti, ölkədə həyata keçirilən islahat və yeniliklər barədə ətraflı məlumat verəcək, kitabla  bağlı  fikirlərini bildirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31