Avronest PA iqtisadi əməkdaşlığa önəm verir
Milli Məclisin Gənclər və idman komitəsinin sədri, Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Fuad Muradovun başçılığı ilə Ağalar Vəliyev və Fərəc Quliyev qurumun İqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Avropa İttifaqı siyasəti ilə uyğunluq komitəsi ilə Enerji təhlükəsizliyi komitəsinin birgə iclaslarında iştirak etmək üçün mayın 23-dən Moldovanın paytaxtı Kişineu şəhərində səfərdə olacaqlar. Bu barədə MM-dən “Olaylar”a verilən məlumata görə, birgə iclasda İqlim Dəyişikliyi ilə bağlı 2015-ci il Paris Razılaşmasının tətbiqinə, Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində gənclərin işsizliyinin vəziyyətinə dair müzakirələr aparılacaq, perspektivlər araşdırılacaq. Təşkilati məsələlərə baxılacaq. Sonra nümayəndə heyətinin rəhbəri Fuad Muradov Avronest PA-nın Büro iclasına qatılacaq.
23 May 2017 11:43 SosialMilli Məclisin Gənclər və idman komitəsinin sədri, Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Fuad Muradovun başçılığı ilə Ağalar Vəliyev və Fərəc Quliyev qurumun İqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Avropa İttifaqı siyasəti ilə uyğunluq komitəsi ilə Enerji təhlükəsizliyi komitəsinin birgə iclaslarında iştirak etmək üçün mayın 23-dən Moldovanın paytaxtı Kişineu şəhərində səfərdə olacaqlar. Bu barədə MM-dən "Olaylar"a verilən məlumata görə, birgə iclasda İqlim Dəyişikliyi ilə bağlı 2015-ci il Paris Razılaşmasının tətbiqinə, Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində gənclərin işsizliyinin vəziyyətinə dair müzakirələr aparılacaq, perspektivlər araşdırılacaq. Təşkilati məsələlərə baxılacaq. Sonra nümayəndə heyətinin rəhbəri Fuad Muradov Avronest PA-nın Büro iclasına qatılacaq.
Tədbir çərçivəsində Moldova parlamentinin sədri Andrian Kandu Azərbaycan nümayəndə heyətini qəbul edəcək. Daha sonra Fuad Muradov Moldova parlamentinin komitə sədri Hotineanu Vladimirlə fikir və təcrübə mübadiləsi aparacaq. Qurumun İqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Avropa İttifaqı siyasəti ilə uyğunluq komitəsinin həmsədr müavini Ağalar Vəliyevlə Enerji təhlükəsizliyi komitəsinin üzvü Fərəc Quliyev isə Moldovanın nazirləri ilə görüşlərdə iştirak edəcəklər. Deputatlarımız bütün müzakirələrdə ölkəmizin mövqeyindən çıxış edəcəklər.