Dini radikalizmə qarşı mübarizə yolları müzakirə edilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qusar rayonunun Avaran kəndində dini radikalizmlə mübarizənin yollarına həsr olunmuş seminar – müşavirə keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, müşavirədə çıxış edən Qusar Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ceyhun Hacıyev çıxışında bildirib ki, dini radikalizmin yayılmaması məqsədilə mütəmadi olaraq bu cür tədbirlərin keçirilməsi vacibdir. O qeyd edib ki, Qusar rayonunda da belə tədbirlər planlı şəkildə, tez-tez keçirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qusar rayonunun Avaran kəndində dini radikalizmlə mübarizənin yollarına həsr olunmuş seminar - müşavirə keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, müşavirədə çıxış edən Qusar Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ceyhun Hacıyev çıxışında bildirib ki, dini radikalizmin yayılmaması məqsədilə mütəmadi olaraq bu cür tədbirlərin keçirilməsi vacibdir. O qeyd edib ki, Qusar rayonunda da belə tədbirlər planlı şəkildə, tez-tez keçirilir.

DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov geniş məruzə ilə çıxış edib. O bildirib ki, dini radikalizm insanlarda bir anda yaranan hal deyil. Radikallıq uzun illər aparılan təbliğatın nəticəsidir. Radikallığı təbliğ edənlər bu sahədə peşəkarlaşmış və insanlara təsir etmək üsullarını gözəl mənimsəmiş şəxslərdir. Onlar əsasən gənc nəsli özlərinə hədəf olaraq seçməklə yanaşı, dövlət təhsil sisteminə də nüfuz etməyə çalışırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31