Metropoliten İslam Oyunlarının bağlanış mərasimində gücləndirilmiş rejimdə çalışıb

Azərbaycanda təşkil edilən daha bir olimpiya miqyaslı idman tədbiri IV İslam Həmryəliyi Oyunları mayın 22-də keçirilən təntənəli bağlanış mərasimi ilə başa çatıb. Həmin gün Bakı metropolitenində sərnişinlərin tədbirdən əvvəl və sonra mənzil başına rahat və təhlükəsiz çatması təmin edilib.

Azərbaycanda təşkil edilən daha bir olimpiya miqyaslı idman tədbiri IV İslam Həmryəliyi Oyunları mayın 22-də keçirilən təntənəli bağlanış mərasimi ilə başa çatıb. Həmin gün Bakı metropolitenində sərnişinlərin tədbirdən əvvəl və sonra mənzil başına rahat və təhlükəsiz çatması təmin edilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən və əsas tamaşaçı kütləsinin istifadə etdiyi "Koroğlu" stansiyasında sərnişin axınının əsas istiqamətləri nəzərə alınaraq, mayın 22-də metropolitendə sərnişindaşıma xüsusi tədbirlər planına uyğun təşkil olunub. Tədbirlər planını nöqsansız yerinə yetirmək, bütün strukturların vahid mərkəzdən idarə olunmasını və qərarların operativ icrasını təmin etmək məqsədilə gün ərzində stansiyada operativ əməliyyat qərargahı fəaliyyət göstərib. Digər stansiyalarda da əsas qərargahdan idarə olunan və metropolitenin rəhbər, mütəxəssis, işçi heyətindən ibarət mərkəzlər qurulub. Qatarların hərəkəti adi iş günlərindəki gur saatlarda tətbiq edilən qrafikə uyğun olub. Bundan əlavə, xətlərdə ehtiyat qatarlar saxlanılıb. Bu səbəbdən mərasim başa çatdıqdan sonra qatarlar hər 30-45 saniyə intervalla stansiyaya daxil olub. Müşahidələrə əsasən, bağlanış mərasiminin davam etdiyi müddətdə Bakı Olimpiya Stadionundakı tədbirdə iştirak edən tamaşaçıların 80 faizə yaxını metropolitenin xidmətindən istifadə edib. Əvvəldən elan olunduğu kimi, bu müddət ərzində akkreditə olunmuş şəxslərin bütün yarış günləri, açılış və bağlanış mərasimindən çıxaraq "Koroğlu" stansiyasına daxil olan bütün sərnişinlərin metropolitendən pulsuz istifadəsi təmin olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31