Mançesterdə partlayış
23 May 2017 09:48 DünyaMayın 22-si axşam saatlarında "Mançester Arena"da keçirilən konsert zamanı iki partlayış baş verib. Hadisə nəticəsində azı 20 nəfərin öldüyü bildirilir.
İnsident "Mançester-Arena"da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konserti zamanı qeydə alınıb. Partlayışlardan sonra stadionda təşviş yaranıb, insanlar stadionu tərk etməyə cəhd ediblər. Partlayış nəticəsində ölən və yaralananlar var. Hazırda polis insidentin detallarını araşdırır. 21 min nəfərlik tamaşaçı tutumuna malik "Mançester Arena" stadionu 1995-ci ildə istifadəyə verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31