Ədəbiyyatı Muzeyinin təşkilatçılığı ilə şair Musa Yaqubun 80 illik yubileyi keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Milli Ədəbiyyatı MuzeyininAran Regional Şöbəsində müasir Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri - şair Musa Yaqubun 80 illik yubileyinə həsr olunan tədbir keçirilib. Akademiyadan "Olaylar" - a bildirilib ki, Kürdəmir rayon Atakişili kənd orta məktəbində baş tutan tədbirdə muzeyin Aran regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı çıxış edərək Musa Yaqubun xalqına, Vətəninə olan sevgisindən, şairin yaradıcılığındakı təbiətlə insan arasındakı qarşılıqlı ünsiyyətin qabarıq ifadəsindən danışıb. Tədbirdə Kürdəmir Rayon Mərkəzi Kitabxanasının baş kitabxanaçısı Ərəstun Sadıqov, şair Abduləziz Xanəhmədoğlu və məktəblilərin ifasında ədibin şeirləri səsləndirilib.

AMEA-nın Nizami Gəncəvi adına Milli Ədəbiyyatı MuzeyininAran Regional Şöbəsində müasir Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri - şair Musa Yaqubun 80 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Akademiyadan "Olaylar" - a bildirilib ki, Kürdəmir rayon Atakişili kənd orta məktəbində baş tutan tədbirdə muzeyin Aran regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı çıxış edərək Musa Yaqubun xalqına, Vətəninə olan sevgisindən, şairin yaradıcılığındakı təbiətlə insan arasındakı qarşılıqlı ünsiyyətin qabarıq ifadəsindən danışıb. Tədbirdə Kürdəmir Rayon Mərkəzi Kitabxanasının baş kitabxanaçısı Ərəstun Sadıqov, şair Abduləziz Xanəhmədoğlu və məktəblilərin ifasında ədibin şeirləri səsləndirilib.

Yubiley mərasimində, həmçinin Əməkdar artist, xanəndə Elnarə Abdullayeva, Əməkdar mədəniyyət işçisi, aşıq Əhliman Şirvanlı, III Muğam müsabiqəsinin laureatı Nigar Şabanova, aşıq Elman İsmayıllı, müğənni Arzu Qarabağlı, Milli Konservatoriyanın müəllimi, tarzən Mehman Mikayılovun ifasında mahnılar, muğam, xalq nümunələri səsləndirilib.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31