Nəqliyyat vasitəsi 461 manatla hərraca çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 20 iyunda yeni hərrac keçiriləcək. Komitədən verilən məlumata görə, hərraca ümumilikdə 193 dövlət əmlakı çıxarılıb. Bunlardan 25-i səhmdar cəmiyyəti, 90-ı kiçik dövlət müəssisə və obyekti, 70-i istifadəsiz qeyri-yaşayış sahəsi və 8-i nəqliyyat vasitəsidir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 20 iyunda yeni hərrac keçiriləcək. Komitədən verilən məlumata görə, hərraca ümumilikdə 193 dövlət əmlakı çıxarılıb. Bunlardan 25-i səhmdar cəmiyyəti, 90-ı kiçik dövlət müəssisə və obyekti, 70-i istifadəsiz qeyri-yaşayış sahəsi və 8-i nəqliyyat vasitəsidir. Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Binəqədi Əmlak Kompleksidir. 900  min manata təklif olunan müəssisənin torpaq sahəsi 2853,4 kvadratmetr, ümumi faydalı sahəsi isə 838,3 kvadratmetrdir. Bundan başqa, Balakən Əmlak Kompleksi 550 min manata, paytaxtın Sabunçu rayonunda yerləşən Yardımçı Təsərrüfat 542 min 500 manata hərraca çıxarılıb. Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 65-i paytaxtda, qalanları isə Sumqayıtda, Şirvan şəhərlərində yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxtın Səbail rayonunda  yerləşən qeyri-yaşayış binasına təklif olunub. Belə ki, bu əmlak 250 min manat start qiyməti ilə hərraca çıxarılıb. Həmin əmlakın ümumi faydalı sahəsi 600 kvadratmetr təşkil edir. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 10 kvadratmetr ilə 600 kvadratmetr arasında dəyişir. Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan paytaxtın Yasamal rayonunda yerləşən, sahəsi 47,4 kvadratmetr olan qeyri yaşayış sahəsini nümunə kimi göstərmək mümkündür. Həmin əmlakın ilkin start qiyməti  4 min 500 manat təşkil edir. Həmçinin Bakının Xətai rayonunda yerləşən sahəsi 11 kvadratmetr, ilkin start qiyməti isə 3 min 750 manat təşkil edən qeyri-yaşayış sahəsini də bu kateqoriyaya aid etmək olar. Hərracda özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında "Qax Taxıl", "Saatlı Broyler", "Ağdaş Quşçuluq", "Boradigah Çay-2", "Yevlax Kəndnəqliyyat", "İmişli Yağ Pendir" kimi səhmdar cəmiyyətlər var.

Hərraca çıxarılan 8 nəqliyyat vasitəsinin qiyməti isə 461 manatla 4 min 50 manat arasında dəyişir. Özəlləşdirilən nəqliyyat vasitələrinin markaları da müxtəlifdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31