Hüseynağa Sadıqov “Səfir saatı”- nda

Bilik Fondunun "Səfir saatı" klubunun üzvləri ilə müstəqil Azərbaycanın ilk xarici işlər naziri Hüseynağa Sadıqovun görüşü keçirilib. Fonddan "Olaylar" - a bildirlib ki, görüşdə Bakı Dövlət, Azərbaycan Dillər,  Dövlət İqtisad, Bakı Slavyan, Azərbaycan Turizm və Menecment universitetlərinin beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə təhsil alan tələbəlri və Bilik Fondunun əməkdaşları iştirak ediblər.

Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev "Səfir saatı" klubunun fəaliyyəti barədə məlumat verdikdən sonra klubun növbəti qonağını görüş iştirakçılarına təqdim edib.

1991-ci ildə Azərbaycan Respublikasının xarici işlər naziri vəzifəsinə təsdiq edilən H.Sadıqova 1989-cu ildə SSRİ-nin I dərəcəli fövqəladə və səlahiyyətli elçi-müşaviri, 1992-ci ildə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik dərəcələri verilib.

H.Sadıqov 1992-ci ildə Azərbaycan Respublikasının Almaniya, İsveçrə, Belçika, Niderland, Lüksemburq və Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

Müstəqil Azərbaycanın ilk xarici işlər naziri H.Sadıqov dəvətə görə Bilik Fondu rəhbərliyinə, onunla görüşmək istədiklərinə görə "Səfir saatı" klubunun üzvlərinə təşəkkürünü bildirib.

Görüşdə Klub üzvlərinin suallarını cavablandıran H.Sadıqov müasir gəncliyin elmə, biliyə həvəs göstərmələrini təqdirəlayiq hal kimi qeyd edib.

Sonda H.Sadıqov Bilik Fondunun "Xatirə kitabı"na ürək sözlərini yazıb, ona Fondun hədiyyələri təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31