Rusiyada etnik və dini azlıqlarla qarşı ikili standartlar tətbiq olunur
Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi nəinki ölkə ictimaiyyəti, eləcə də Rusiyanın özündə fəaliyyət göstərən müxtəlif icmaların nahazılıq və narahatçılığına səbəb olub. Azərbaycan icmasının ləğvi ilə əsası qoyula biləcək president artıq Rusiya Federasiyasında fəaliyyət göstərən müxtəlif millərlərin icmalaranı narahat etməyə başlayıb.
22 May 2017 14:12 SiyasətBu ölkədə azərbaycanlılara qarşı qərəzli münasibət sərgilənir
Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi nəinki ölkə ictimaiyyəti, eləcə də Rusiyanın özündə fəaliyyət göstərən müxtəlif icmaların nahazılıq və narahatçılığına səbəb olub. Azərbaycan icmasının ləğvi ilə əsası qoyula biləcək president artıq Rusiya Federasiyasında fəaliyyət göstərən müxtəlif millərlərin icmalaranı narahat etməyə başlayıb. Elə bi səbədən də bir sıra xalqların icmaları bəyənatla çıxış edərək Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvini pisləyiblər. Məlumat üçün qeyd edək ki, əksər siyasi ekspertlər Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvinin siyasi qərar olduğu qənaətindədirlər. Sözügedən qərarın motivi isə Azərbaycana təzyiq nümayiş etdirməkdən ibarətdir. Digər tərəfdən, bu qərar Rusiyanın etnik və dini azlıqlara göstrdiyi münasibətin təzahürü kimi qiymətləndirilir. Azərbaycan bütün dünyana sülhə, barışa, həmrəyliyə dəvət etdiyi və bu çaşırışı real əməli ilə sübut etdiyi bir məqamda Rusiya etnik və dini azlıqlarla necə davranıldığını və onların haqlarının kobud surətdə pozulduğunu bütün dünyaya göstərir. ÜAK-ın qeydiyyatının ləğvini çox sərt qərar sayan analitiklər hesab edirlər ki, Rusiya mütləq bu qurumun qeydiyyatını bərpa etməlidir. Çünki, yaranmış vəziyyət iki ölkə arasında olan münasibətlərə xələl gətirə bilər. Nəzərə almaq lazımdır ki, sözügedən qərar Azərbaycan ictimaiyyəti tərəfindən çox təəssüflə qarşılanıb. Əslində, bu gün Azərbaycanda Rusiyanın onlarla qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Bu da cəmiyyətdə ciddi suallar doğurur ki, bəs, onda onların fəaliyyəti hansı hüquqi əsaslarla mümkün olub?
Millət vəkili Zahid Oruc qeyd edib ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvində sözssüz ki, ölkəmizi istəməyən qüvvələrin əli var. Millət vəkili kimlərin soydaşlarımızın Rusiyada təşkilatlanmasından və vahid bir qüvvəyə çevrilməsindən narahat olmasına, Rusiya və Azərbaycan arasındakı hərbi əməkdaşlığı öz maraqlarına zərbə saymasına və bu dövr ərzində Azərbaycanı və azərbaycanlıları nəinki Kremlin yanında, o cümlədən Kremlin içərisində idarə etmək istədiklərinə də aydınlıq gətirib: "Burada bizim İtaliyaya qədər gedib çıxan enerji siyasətimizin, Qərblə əməkdaşlığmızın Rusiyanın Avropada maraqlarına zərbə olduğunu düşünənlərin də olduğunu nəzərə alsaq, deməli, antiazərbaycan mövqeyində olan qüvvələr var və mən parlamentdə o şəxsin adını söylədim. Bu, keçmişdə Rusiya Prezident Administrasiyasına rəhbərlik edən, hazırda isə Dumanın sədri olan Vyaçeslav Volodindir. Sözügedən şəxs böyük ambisiyalarla yaşayır, Rusiyanın rəhbəri olmaq iddiasınadadır. Bu, əlbəttə, onların öz daxili işidir. Düşünürəm ki, Azərbaycanı qurban vermək, Qafqazı Çar Rusiyasındakı kimi idarə etmək və həmin üsulları yenidən Rusiya siyasətinə qaytarmaq istəyənlər bu ölkənin gerçəkdən də dostları sayıla bilməzlər". Millət vəkili hesab edir ki, Azərbaycan bu məsələ ilə bağlı əks addımlar atarkən çox soyuqqanlı mövqedə olmalıdır:"Yəni Azərbaycanda rusdilli vətəndaşların hüquqlarını pozmaq, onların da təşkilatlarını ləğv etmək və s. kimi simmetrik qərarlar alınmamalıdır. Əkisnə, bizi Rusiyanın əleyhinə səngərə itələyənlərin gözləntilərinə zərbə vurmalıyıq. Burada Qərbə münasibətlərimizi əlbəttə, yaxşılaşdırmaq tərəfdarlarının bir qədər güclənəcəyini görə bilərik. Antirusiyaçılar bir qədər gücləndilər və Rusiyanın burada dayaqları xeyli sarsılmış oldu. Ancaq nəticə etibarilə soydaşlarımızın işərisində parçalanma yaratmaq, onları bu məsələdə günahkar bilib yeniləri ilə əvəz etməyə cəhd göstərmək də çox yanlış olar. Həmçinin xatırlayırsınızsa, 2012-ci ildən başlayan Milyarderlər İttifaqı üzərindən Azərbaycana münasibət göstərmək istəyənlər, maraqlarına uyğun olan adamlar vasitəsilə təşkilat qurmağa çalışan Kreml texnoloqları unudurlar ki, bu məsələdə yanlış mövqedədirlər. Əminəm ki, qarşıdakı bir ayda soydaşlarımız orada öz mövqelərinin doğru olduğunu sübuta yetirmək üçün daha da ciddi bir intizamla hüquqi müstəvidə addımlar atacaqlar və nəhayətdə bu məsələ ilə bağlı ədalətli qərar veriləcək. Siyasi mövqeləri ortadan qaldırmağın yolu məhz budur. Unutmaq lazım deyil ki, ermənilər Kremlin ətrafında nə vaxt təmərküzləşiblərsə, o vaxt da Rusiya dövlətçiliyi sarsılıb. Yəni azərbaycanlıları Kremlin ətrafından uzaqlaşdıranda onun yerini talançılar, sümürgənlər tutur. Halbuki azərbaycanlılar Rusiya dövlətçiliyinə sədaqətli bir mövqedədirlər. Bunu unutmaq lazım deyil".
Azərbaycanın Xarici İşlər Nazirliyində isə hesab edirlər ki, son illərdə Azərbaycan-Rusiya dialoqu və çoxşaxəli əməkdaşlığının dinamik inkişafı və dərinləşməsi şəraitində bu cür anlaşılmaz və gözlənilməz addımın atılması ilə erməni siyasətinin Rusiya-Azərbaycan münasibətlərinə vura biləcəyi zərbənin nə dərəcədə təhlükəli olduğu görünür: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin uzun illərdir sülh yolu ilə nizamlanmasına yönəlmiş danışıqlar prosesində əsas vasitəçilərindən biri kimi Rusiya Federasiyası öz üzərinə mühüm öhdəliklər götürüb. Bu öhdəliklərin vicdanla yerinə yetirilməsi, eyni zamanda, tələb edir ki, millətlərarası münasibətlərin tənzimlənməsi məsələsində balans qorunub saxlanılsın və ədalət prinsipi pozulmasın. Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi və Rusiya erməniləri İttifaqına tam dəstəyin verilməsi Rusiya Federasiyasının erməni və Azərbaycan millətindən olan vətəndaşlarına qarşı qeyri-tarazlı münasibətin təzahürü kimi qəbul edilə bilər ki, bu da Rusiya Federasiyasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik roluna mənfi təsir göstərə bilər".
Nurlan