Rusiyanın Su-24 təyyarəsinin pilotunun ölümündə şübhəli bilinən şəxs 5 il həbs cəzası alıb
Rusiyanın Su-24 təyyarəsinin pilotu Oleq Peşkovun ölümündə şübhəli bilinən Alparslan Çelik 5 il müddətinə həbs edilib. Müvafiq qərara səbəb A. Çelikin qeyri-qanuni silah saxlaması olub. A. Çelikin vəkilinin bildirdiyinə görə, Çelikin rusiyalı pilotun ölümündə əlinin olması ilə bağlı istintaq davam edir.
22 May 2017 14:15 DünyaRusiyanın Su-24 təyyarəsinin pilotu Oleq Peşkovun ölümündə şübhəli bilinən Alparslan Çelik 5 il müddətinə həbs edilib. Müvafiq qərara səbəb A. Çelikin qeyri-qanuni silah saxlaması olub. A. Çelikin vəkilinin bildirdiyinə görə, Çelikin rusiyalı pilotun ölümündə əlinin olması ilə bağlı istintaq davam edir.
Xatırladaq ki, Su-24 Türkiyənin F-16 təyyarəsi tərəfindən vurulub. Ekipaj katapult edə bilsə də, silahlılar paraşütlə enən O. Peşkova atəş açıblar və nəticədə o ölüb. Apa.az "RİA Novosti"yə istinadən xəbər verir.