Ən yüksək bal toplayan məzunlar taleyin ümidinə buraxılır
Ali təhsil müəssisələrinə nəzərdə tutulan ixtisas qrupları üzrə keçirilən qəbul imtahanı ilə bağlı statistik rəqəmlər yenə də ürəkaçan olmayıb. Baxmayaraq ki, bu il tələbə qəbulu prosesində köklü dəyişilik edilərək abiturientlər üçün əlavə imkanlar yaradılıb, lakin statistik göstəricilər “təhsilin yerində saydığını” deməyə əss verir.
22 May 2017 14:09 Sosial700 bal yığan tələbələrin potensialından niyə istifadə edə bilmirik?
Ali təhsil müəssisələrinə nəzərdə tutulan ixtisas qrupları üzrə keçirilən qəbul imtahanı ilə bağlı statistik rəqəmlər yenə də ürəkaçan olmayıb. Baxmayaraq ki, bu il tələbə qəbulu prosesində köklü dəyişilik edilərək abiturientlər üçün əlavə imkanlar yaradılıb, lakin statistik göstəricilər "təhsilin yerində saydığını" deməyə əss verir. Xatırladaq ki, cari ildə abiterientlər üçün elektron sınaq imtahanları təşkil edildi ki, ekspertlərin qənaətinə görə, bu praktika məzunların kompüterlə işləmək vərdişini artırmaqla bərabər onlarda stres hissini xeyli dərəcədə zəiflətmiş olur. Paralel olaraq abiturientlərə istədikləri ixtisasa yiyələnmək məqsədilə tələb olunan balı toplamadıqda təkrar imtahan vermək şansı yaradılıb. Çox təəssüf ki, bütün eilən cəhdlərə baxmayaraq 200-dən artıq bal toplayan abiturientlərin sayı qənaətbəxş deyil. Maraqlı bir məqam yaranıb ki, əvvəlki illərin məzunları ötən il keçirilən qəbul imtahanlarında iştirak etmiş, lakin müvafiq nəticələr əldə edə bilməyən və ya istədiyi ixtisasa qəbul olmayan abituriyentlər bu il də zəif nəticə göstərərək aşağı bal toplayırlar. Təəssüf ki, bu proses hər il eyni qayda ilə davam etməkdədir. Əslində sözügedən məsələnin kökündə çoxsaylı problemlər dayandığından onun ciddi təhlilinə ehtiyac var. Bu dəfə isə tamamilə yeni bir məsələyə, yüksək bal toplayaraq ali təhsil alan tələbələrin gələcək taleyi ilə bağlı baş verənlərə toxunacağıq. Xatırladaq ki, təhsildə müşahidə edilən axsamalara baxmayaraq istedadlı gəncəlirimzin sayı kifayət qədərdir və onlar qarşılarına birəmənalı olaraq ali təhsil almaq məqsədi qoyublar. Məqsədlərinə nail olmaq üşün isə ən müxtəlif yollara əl atır, illərlə repititorlara pul xərcləyərək zəhmətlərinin bəhrəsini görürlər. Nəhayət 500-700 bal toplayaraq ali məktəb sevincini yaşayırlar. İnsafən deməliyik ki, hazırda yüksək balla ali təhsil müəssisələrinə daxil olan gənclərin sayı kifayət qədər çoxdur. Sevindirici haldır ki, belə gənclər arasında qızların da xüsusi payı var. Dövlət İmtahan Mərkəzinin Təhsil Nazirliyinə təqdim etdiyi ilkin məlumata əsasən, ötən illərlə müqayisədə qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı azalsa da, 200-dən artıq bal toplayan abituriyentlərin mütləq sayı artıb. 2016-2017-ci tədris ili üçün qəbul imtahanlarının nəticələrində müsbət dinamika müşahidə edilir. Belə ki, bu il qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı 34385 nəfər (43,8%) təşkil edib ki, bu da ötənilki göstəricidən 3,8%, 2014-ci ildəki göstəricidən 9,1% artıqdır. Xüsusi olaraq qeyd edilməlidir ki, bütün qruplar üzrə müsbət dinamika müşahidə olunur. Qruplar üzrə nəzər salsaq, I qrup üzrə 200-dən çox bal toplayan abituriyentlərin göstəricisi ötən illə müqayisədə 3,7%, II qrup üzrə 5,3%, III qrup üzrə 0,5%, IV qrup üzrə 9,9% yaxşılaşma qeydə alınıb. Ümumi nəticə isə ondan ibarətdir ki, qəbul imtahanlarında 500-700 balı adlayan abiturientlərin sayı kifayət qədərdir. Maraqlıdır, bəs həmin tələbələrin gələcək taleyi necə olur, belə intelektual gənclərin potensialından nə dərəcədə səmərəli istifadə olunur? Ölkənin bütün sahələr üzrə peşəkar kadra ehtiyacı olduğu halda svadlı, biliklə gəncləri taleyin ümidinə buraxılması hansı məntiqə sığır?
Qeyd edək ki, istedadlı gənclərin potensuialından istifadə etmək ənənəsi bizdə olduqca aşağı səviyyədədir. Etiraf edilməlidir ki, belə savadlı gənclərin sıradan çıxarılması prosesinin kökü elə həvəslə sevib-seçdiyi "ali təhsil ocağında" qoyulur. Kifayət qədər faktlar var ki, ən yüksək (700) balla universitetə daxil olan bəzi tələbələr bir çox hallarda ilk anlardan, bəzən də ikinci kursdan özlərini qoğrulda bilmirlər. Məlumat üçün qeyd edək ki, bu kimi hallar ən çox özəl universitetlərdə müşşahidə olunur. Universitetlərdə mövcud olan təlim-tədris prosesi ilk andanca tələbəni həvəsdən salır, yaradılan mühit 700 bal toplayan tələbənin elmə, təhsilə qarşı münasibətini 180 dərəcə dəyişmiş olur. Statistik rəqəmlərə əsasən demək olar ki, çox nadir hallarda özəl universitetdə oxuyan tələbə elmi fəqliyyətini davam etdirir və yaxud peşəkar kadr kimi cəmiyyətə təqdim olunur. Dövlət ali təhsil müəssisələrində elmi yaradığılıqla bağlı ənənə olduğundan tələbə sevdiyi ixtisası müəyyyən etməkdə bir o qədər də çətinlik çəkmir. Ümumilikdə bu sahədə vəziyyət o dərəcədə ağrılıdır ki, hətta ali təhsili başa vurmaq üzrə olan tələbə gələcək karyerasını müəyyən etməkdə çətinlik çəkir.
Göstəricilər ondan ibartdir ki, abiturient yüksək balla ali məktəbə daxil olur, 4-5 il ərzində yüksək təqaüdlə təmin olunur, vəssalam. Bundan sonrası isə dövlətə elmi, savadı, bacarığı ilə fayda verə biləcək məzun qalır dövlət qulluğuna qəbul imtahanın ümidinə. Yeri gəlmişkən xatırladaq ki, indiyə qədər müsabiqə və müsahibə adlı iki mərhələdən ibarət olan dövlət qulluğuna qəbul prosesini adlamaq məzunlar üçün elə də asan məsələ hesab olunmurdu. Savadını, biliyinə ortaya qoyaraq ən yüksək bal toplayan məzun belə subyektiv faktorlar ucbatından müsahibə mərhələsində uğur qazana bilmirdi. Nəticədə intelektual biliyə malik gənclərimiz kənarda qalaraq taleyi ilə barışmalı olurdu. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, hazırda dövlət qulluğuna qəbulla bağlı yeni qaydalar təsdiqlənmədiyindən dövlət qulluğuna qəbul intahanlarını keçirmək mümkünsüz olub. Sözgedən qaydaların isə nə vaxt təsdiqlənəcəyi məlum deyil. Məhz bu kimi amillər yüksək balla ali təktəbi bitirən məzunları kadr seçimi zamanı dövlətə hansısa fayda vermək yox, sadəcə işləyib müəyyən miqdarda əmək haqqı almaq düşündürür. Son məlumata görə, hazırda ən çox bal toplayan abiturientlər müəllimlik peşəsinə yüyələnməyə üstünlük verirlər. Çünki bu sahədə elə də ciddi bürokratik əngəllə üzləşmədən müəllim işləyib əmək haqqı almaq mümkündür. Təsadüfi deyil ki, təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, 2015-2016-ci illərdə qəbul imtahanında ən yüksək - 500-700 bal toplayan 1000 nəfərdən çox abituriyent elektron ərizəsində ilk ixtisas kimi müəllimliyi göstərib. Nazir müavini əlavə edib ki, 2016-cı ildə rekord sayda - 34 min nəfər müəllim mərkəzləşdirilmiş işə qəbul müsabiqəsində iştirak etmək üçün müraciət edib. Təkcə bu fakt özü-özlüyündə yüksək bal toplayan tələbələrin elimi yaradığılıq, iqtisadiyyat və istehsalın müxtəlif sahələrində səmərəli istifadı olunmadığının göstəricisi kimi qəbul oluna bilər. Etiraf edək ki, təhsilimiz müstəqillik əldə etdikdən sonra onun inkişafı istiqamətində çoxsaylı islahatlar aparılıb, yeniliklər tətbiq edilib. Ancaq təəssüf ki, həm islahatlar, həm də yeniliklər elmi araşdırmaların nəticəsi, milli təhsil sisteminin xüsusiyyətləri nəzərə alınmaqla deyil, təhsildə yenilik, yaxud xarici təcrübənin ölkəmizdə tətbiqi məqsədi güdüb. Nəticədə mövcud təhsil sistemi dağılıb, yenisini qurmaq isə hələ ki, mümkün olmayıb. Təhsilə cavadeh olan dövlət qurumlarının yaranmış vəziyyəti müxtəlif çür yozmalarına, bəzən isə mövcud problemi təkzib etmələrinə baxmayaraq bütün proseslər cəmiyyətin gözü qarşısında baş veirir.
Alim