İsraildə motosiklet insanları əzdi: 4 yaralı

İsrailin paytaxtı Tel-Əvivdə avtomobil motosikletlə toqquşub. Vurulan motosiklet səkidə piyadaların üzərinə sürüşüb. Nəticədə 4 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.

İsrailin paytaxtı Tel-Əvivdə avtomobil motosikletlə toqquşub. Vurulan motosiklet səkidə piyadaların üzərinə sürüşüb. Nəticədə 4 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır. Hadisə İsrail saatı ilə 11:22-də Nahalat Binyamin küçəsində baş verib. Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb edilib. Yaralılar "Ichilov Hospital"ına çatdırılıblar. İlkin araşdırmalara görə, hadisə, sadəcə, yol qəzasıdır, terror izi yoxdur.

Qeyd edək ki, Donald Tramp qısa müddət sonra Təl-Əvivdəki Ben Gurion Havalimanına enəcək. Milli.Az "İsraelnationalnews"a istinadla xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31