Kıbrısda Azərbaycan mədəniyyət günlərinin keçirilməsi gözlənilir
Xalça muzeyində keçirilən II Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışları” simpoziumunda iştirak edən Şimali Kipr Türk Cumhuriyyətinin ölkəmizdəki səfiri xanım Ufuk Turganer ikinci dəfə keçirilən simpoziumun bu dəfə daha da yüksək səviyyədə hazırlandığını bildirdi. “ Türklərin ortaq dili olan naxışlar əl əməyi – göz nurudu. Kıbrıs türklərinin də, ana vətən Türkiyənin də can Azərbaycanla nə qədər ortaq mədəniyyətinin və ortaq dəyərlərimizin olduğunu görürük. Bu gün çox gözəl gündü” – deyə xanım Ufuk Turganer bildirdi. Xanım səfir Kıbrısda Azərbaycan mədəniyyət günlərinin və eləcə də Azərbaycanda Kıbrıs mədəniyyət günlərinin keçirilməsinə dair bir sıra layihələr mövcud olduğunu bildirdi.
22 May 2017 13:45 Xarici siyasətXalça muzeyində keçirilən II Beynəlxalq "Türk dünyasının ortaq dili - naxışları" simpoziumunda iştirak edən Şimali Kipr Türk Cumhuriyyətinin ölkəmizdəki səfiri xanım Ufuk Turganer ikinci dəfə keçirilən simpoziumun bu dəfə daha da yüksək səviyyədə hazırlandığını bildirdi. " Türklərin ortaq dili olan naxışlar əl əməyi - göz nurudu. Kıbrıs türklərinin də, ana vətən Türkiyənin də can Azərbaycanla nə qədər ortaq mədəniyyətinin və ortaq dəyərlərimizin olduğunu görürük. Bu gün çox gözəl gündü" - deyə xanım Ufuk Turganer bildirdi.
Xanım səfir Kıbrısda Azərbaycan mədəniyyət günlərinin və eləcə də Azərbaycanda Kıbrıs mədəniyyət günlərinin keçirilməsinə dair bir sıra layihələr mövcud olduğunu bildirdi.
"Azərbaycanın ardıcıl olaraq bir necə beynəlxalq yarışlara ev sahibliyi etməsi ilə bu layihələrimiz yaz sonuna kimi təxirə saldıq".