Atatürk Liseyinin şagirdləri Türkiyədə Azərbaycanı təmsil edəcək
Türk Dünyasının uşaqlarını İstanbulda bir araya gətirib onlar arasında yaxınlıq, isti münasibətlər qurmaq məqsədilə hər il təşkil edilən Türk Dünyası Çocuk Şölənində Azərbaycan da təmsil olunacaq. “OLAYLAR”-ın xəbərinə görə, mayın 24-də İstanbuldakı Olimpik İdman Kompleksində baş tutacaq tədbirdə Azərbaycanı Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyinin şagirdləri təmsil edəcək. Bu məqsədlə mayın 21-də Atatürk Liseyinin müəllimələri Arzu Quliyeva, Gülnarə Süleymanlı və Rəna Hüseynovanın rəhbərliyi altında liseyin şagirdlərindən ibarət qrup qardaş ölkəyə səfər edib.
22 May 2017 13:43 SosialTürk Dünyasının uşaqlarını İstanbulda bir araya gətirib onlar arasında yaxınlıq, isti münasibətlər qurmaq məqsədilə hər il təşkil edilən Türk Dünyası Çocuk Şölənində Azərbaycan da təmsil olunacaq. "OLAYLAR"-ın xəbərinə görə, mayın 24-də İstanbuldakı Olimpik İdman Kompleksində baş tutacaq tədbirdə Azərbaycanı Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyinin şagirdləri təmsil edəcək. Bu məqsədlə mayın 21-də Atatürk Liseyinin müəllimələri Arzu Quliyeva, Gülnarə Süleymanlı və Rəna Hüseynovanın rəhbərliyi altında liseyin şagirdlərindən ibarət qrup qardaş ölkəyə səfər edib.
Qeyd edək ki, Türk Dünyası Çocuk Şöləni hər il Türk Dünyası Araşdırmaları Vəqfi tərəfindən İstanbulda təşkil edilir.