Gürcüstan müxalifəti hakim partiyanı ölkənin avrointeqrasiyasını dayandırmaqda ittiham edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Güclü Gürcüstan - Lelo" partiyasının xarici əlaqələr üzrə katibi Qriqol Qeqeliya "Gürcü arzusu" partiyasını Gürcüstanın avropaya inteqrasiya yolunu qəsdən məhv etməkdə günahlandırıb və hazırda bu prosesin dönməz şəkildə dayandırıldığını bildirib. Müxalif siyasətçinin sözlərinə görə, Rusiya öz məqsədinə çatıb və inteqrasiya prosesini bərpa etməyin yeganə yolu hakimiyyətin və siyasi kursun dəyişdirilməsidir. 

Qeqeliya əlavə edib ki, ölkəni yenidən Avropa İttifaqı istiqamətinə yönəltmək, itirilmiş etimadı bərpa etmək və lazımi islahatları həyata keçirmək üçün təcili addımlar atılmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31