Həbsdə olan Qagik Sarukyan təcridxanadan növbəti müraciətini yayımlayıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, həbsdə olan erməni biznesmen və "Çiçəklənən Ermənistan" partiyasının lideri Qagik Sarukyan təcridxanadan növbəti məktubunu göndərərək Bakıda saxlanılan ermənilərin vəziyyətini xatırladıb. (?)Özünə qarşı irəli sürülən ittihamları ədalətsiz adlandıran Sarukyan İrəvanda yaxınlarının, vəkillərinin və hüquq müdafiəçilərinin dəstəyini hiss etdiyini, Bakıdakı dustaqların isə tam təcrid və ağır təzyiq şəraitində ləyaqətlə mübarizə apardıqlarını bildirib. (?) O, həmçinin məhkəmə zalındakı prosesi simvolik adlandıraraq özünün tam günahsız olduğunu vurğulayıb. 

Qeyd edək ki, Sarukyan Ermənistan-İran Ticarət Palatası ilə bağlı 2022-2024-cü illərin hadisələri çərçivəsində 21 milyon dollar məbləğində dələduzluq və çirkli pulların yuyulmasında, eləcə də İran vətəndaşına qarşı 934 min dollarlıq yanacaq tədarükü dələduzluğunda ittiham olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31