Azərbaycan Qarabağın nümunəsində haqq, ədalətin və ayrı-ayrı qüvvələrin maraqlarının qarşıdurmasını yaşayır
Günümüzdə dünya gücləri arasında gedən regional savaşda təəssüflər olsun ki, tərəflər ən qəbuledilməz vasitə və metodlardan istifadə edirlər. Bu qeyri-sağlam mübarizə bu günlərdə Yaxın Şərqdə, daha dəqiq desək Suriya məsələsində özünü daha aydın şəkildə göstərir. Belə ki, bir tərəfdən Qərb Suriyada Türkiyə-Rusiya ittifaqının möhkəmlənməməsi İŞİD terror təşkilatına dsətək nümayiş etdirir, digər tərəfdən Birləşmiş Ştatlar Suriyaya Türkiyə təsirinin azaltmaq üçün YPĞ terror təşkilatına hərbi dəstək verir, bütün bunlarla yanaşı Rusiyada öz növbəsində Qərbin Suriyada möhkəmlənməsini əngəlləmək üçün əliqanlı terrorçu Əsədi ciddi cəhdlə müdafiə edir.
22 May 2017 13:48 Siyasət"Bu fonda hər birimiz güclü Azərbaycan, sabit dövlət və dövlətçiliyimizin əbədi olması naminə Prezidentə dayaq olmalıyıq"
Günümüzdə dünya gücləri arasında gedən regional savaşda təəssüflər olsun ki, tərəflər ən qəbuledilməz vasitə və metodlardan istifadə edirlər. Bu qeyri-sağlam mübarizə bu günlərdə Yaxın Şərqdə, daha dəqiq desək Suriya məsələsində özünü daha aydın şəkildə göstərir. Belə ki, bir tərəfdən Qərb Suriyada Türkiyə-Rusiya ittifaqının möhkəmlənməməsi İŞİD terror təşkilatına dsətək nümayiş etdirir, digər tərəfdən Birləşmiş Ştatlar Suriyaya Türkiyə təsirinin azaltmaq üçün YPĞ terror təşkilatına hərbi dəstək verir, bütün bunlarla yanaşı Rusiyada öz növbəsində Qərbin Suriyada möhkəmlənməsini əngəlləmək üçün əliqanlı terrorçu Əsədi ciddi cəhdlə müdafiə edir. Bütün bunlar dünyada ikili standartlar, qeyri-sağlam mübarizə metodlarının mövcudluğunu açıq-aydın ortaya qoyur. Elə beynəlxalq məsələlər üzrə ekspert, politoloq Nəzakət Məmmədova da bu qənaətdədir. Politoloq da hesab edir ki, dünyada hazırda bəzi dövlətlər ozləri hibrid savaşları aparmır, soyqırımı törətmir, bunları azğın terror dəstələrinin əliylə icra edir. Nəzakət Məmmədovanın sözlərinə görə, bu günlərdə İŞİD terrorçuları Suriyada bir neçə kəndə hücum edərək xeyli sayda qadınları və uşaqları vəhşicəsinə qətlə yetirib: "Bunu nəinki müsəlman, heç normal insan da etməz. Peyğəmbər iştirak etdiyi heç bir döyüşdə qadınları, uşaqları öldürməyib. Əksinə onlara mərhəmət göstərib. Bu gün Avropada bir partlayış olan, 5-10 insan ölən kimi bütün dünya ayağa qalxır, amma hər gün yuzlərlə musəlman ölür, dünya susur. Elə bil belə də olmalı imiş". Ayrı-ayrı ölkələrdə yaşanan bu mənfi tendensiyanın arzuedilməz olduğunu deyən politoloq, bu baxımdan Azərbaycanda mövcud olan sabitliyi müsbət dəyərləndirib. Eyni zamanda onu da qeyd edib ki, zaman-zaman bəzi xarici güclər Azərbaycandakı sabitliyi pozmağa, ölkəmizi həmin xaos və anarxiyanın hökm sürdüyü ölkələr sırasında görməyə çalışırlar: "Ona görə də bir vətəndaş kimi bugünkü sabitliyə görə şəxsən şükr edirəm. Bunu kim necə qəbul edirsə, öz işidir, amma Azərbaycan da bir müsəlman ölkəsidir, enerji ehtiyatları var, eyni zamanda enerji tranzit ölkəsi kimi diqqəti cəlb edir. Burada da qarışıqlıq yaratmaq istəyən qüvvələr olub, var. Bu, bizim təsəvvür edəcəyimizdən də mürəkkəb məsələdir. Və bunun qarşısını alan şəxsiyyət Prezident İlham Əliyevdir. Onu tənqid edən şəxslər Azərbaycanı bir gün deyil, bir saat belə sabit saxlaya bilməzlər". Politoloq qeyd edib ki, ölkəmizə xarici məkrli qüvvələrin, terrorçuların ayaq açmasına imkan verməyən, onların yerli əlaltilarinin baş qaldırmasına macal tanımayan Prezident İlham Əliyevdir. Və bütün dünya xristian ermənilərin təəssübünü çəkərkən, bəzən aşkar, çox zaman ürəklərində onlarla həmrəylik duyaraq Dağlıq Qarabağın de-yure dövlət kimi tanınmasına can atarkən, bunun legitimləşməsinə imkan verməyən məhz Prezidentdir. Söhbət prezidenti tərifləməkdən getmir, söhbət onun zəhmətini layiqincə, ədalətli şəkildə qiymətləndirməkdən gedir. Bu, hər bir vətəndaşın vicdan borcudur". Nəzakət Məmmədova deyib ki, dunya siyasəti çox mürəkkəb, ziddiyyətli bir aləmdir: "Burada böyük dövlətlər, onların yaratdıqları beynəlxalq təşkilatlardan tutmuş, terror təşkilatlarınadək muxtəlif qurumlar, transmilli şirkətlər, ayrı-ayrı adlar altında fəaliyyət göstərən örtük təşkilatları, İsanin əsgərləri adlandırılan Yezuitlər ordenindən tutmuş Müsəlman qardaşlığı təskilatinadək dini ad altında pərdələnmiş siyasi, dini, missioner təsisatlar, ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanları, dini missionerlər təşkilatları, eləcə də minlərlə, on minlərlə qüvvə var. Və hər birisi bizim kimi ölkələrə soxulmaq, maraqlarını təmin etmək istəyir. Onlarin hər birinin öz məqsədi olsa da, əsas hədəf Yeni Dünya nizamı yaratmaq, dunyani Vahid bir mərkəzdən idarə etməkdir. Makedoniyali İsgəndər, Roma imperiyası, Ərəb xilafəti, Monqollar, Osmanlı imperiyası qismən dünyanın böyük bir hissəsini tutsalar da, dunyani tam nəzarətə almağa müyəssər olmadilar. Lakin hazırda dominant olan Anqlo-sakson-yəhudi ittifaqı bütün dünya üzərində hakimi-mütləq olmağa qərarlıdır. Rusiya, İran, Cin buna qarşı çıxsalar da, yalnız prosesləri ləngidə bilərlər, onun qarşısını ala bilməzlər. Çünki onlarin qüdrətinə qarşı alternativ güc ortaya qoymaq iqtidarında deyillər. İran nüvə silahı yaratmaq istəməklə, Rusiya Avrasiya İttifaqı yaratmaqla, ABŞ-da seçkilərə kiber müdaxilə etməklə, Avropada radikalları dəstəkləməklə sadəcə güclü görünmək istəyirlər, lakin onların potensialı anqlo-sakson mədəniyyətinə qarşı müqavimət göstərmək səviyyəsində deyil. Hətta, Rusiya-Turkiyə-İran ittifaqı belə bir regiondakı proseslərin axarını dəyişə bilər, lakin bütün dünyada baş verənləri idarə etmək mümkün deyildir. Və belə bir mürəkkəb şəraitdə Azərbaycanı qurdlar süfrəsində yem olmaqdan xilas edən Prezident hörmətə layiqdir". Politoloq bildirib ki, hazırda biz çox ədalətsiz dünya nizamının hökm sürdüyü şəraitdə yaşayırıq: "Əsas meyarlar ağıl, haqq, ədalət deyil, maliyyə və maraqlardir. Azərbaycan Qarabağın nümunəsində haqq, ədalətin və ayrı-ayrı qüvvələrin maraqlarınin qarşıdurmasını yaşayır. Qarabağı bizdən ala bilmirlər, çünki haqliyiq və haqq mubarizəsi aparıriq, amma qaytarmaq da istəmirlər, çünki güclüdürlər. Artıq haqlı və güclü olmaq anlayışları fərqli dəyərlərdir. Haqlı heç də güclü deyil, amma güclü həmişə haqlıdır. Bu fonda hər birimiz güclü Azərbaycan, sabit dövlət və dövlətçiliyimizin əbədi olması naminə Prezidentə dayaq olmalıyıq".
S.İsmayılbəyli