Bakı və Ankaranın bu gün daha çox bir-birinə ehtiyacı var-Özəl

"Zaman-zaman Ankara-Bakı münasibətlərində fikir ayrılıqları və gərginliklər olub. Ümid edirəm ki, Azərbaycan Türkiyə münasinətlərində yaranmış  bu gərginlik də  tezliklə aradan qalxacaq. Dövlət ağlı və zəkası qalib gələcək. İlk növbədə AKP rəhbərliyi başda Prezident Ərdoğan olmaqla Türkiyədə Azərbaycan və Prezident İlham Əliyevə qarşı həyata keçirilən çirkin kampaniyanın dayandırılnası istiqamətində təcili təxirəsalınmaz tədbirlərə əl atacaq və atmalıdır da..." "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib: "Bu gün qlobal və regional proseslərin sürətlə inkişaf edib dəyişdiyi bir zamanda Azərbaycan və  Türkiyənin bir-birinə daha çox ehtiyacı var. Gedən proseslər bizi daha təmkinli, həssas olmağa vadar edir. Əks  halda bundan qazanan ancaq düşmənlər, türk və Azərbaycan Türkiyə birliyini istəməyənlər olacaq. Ona görə də düşmənlər bu qardaşlığı, birliyi,dostluğu  istəməyənlər hər vəchlə gərginliyin dərinləşməsinə, onun geriyə dönməz xarakter halının alınmasına çalışırlar. Düşmənlərə  fürsət verməməliyik. Həm də onların kənardan baxıb sevinməsin."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31