Kobaxidze: Kulevi zavodunun sanksiya siyahısından çıxarılması məntiqli qərardır- ÖZƏL
13:13 DünyaGürcüstanın Baş naziri İrakli Kobaxidze Kulevi Neft Emalı Zavodunun Avropa İttifaqının sanksiya siyahısına daxil edilməməsini məntiqli qərar adlandırıb. Olaylar.az xəbər verir ki, o , bildirib ki, zavod heç bir qanun pozuntusuna yol vermədiyi üçün ona qarşı sanksiyaların tətbiqinə əsas olmayıb. Kobaxidze qərarı alqışladıqlarını vurğulayıb.
Qeyd edək ki, Avropa Komissiyası Rusiyaya qarşı 22-ci sanksiya paketi çərçivəsində Aİ üzv dövlətlərinə Kulevi Neft Emalı Zavodunun sanksiya siyahısına daxil edilməməsini tövsiyə edib. Baş nazir əlavə edib ki, hökumət əvvəldən də zavoda qarşı məhdudiyyətlərin tətbiqi üçün əsas olmadığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00