Erməni politoloq: İrəvan TRIPP ətrafındakı bütün proseslərə təsir edə bilməz – ÖZƏL
13:11 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistan TRIPP layihəsi ətrafında baş verən bütün proseslərə birbaşa təsir göstərə bilməyəcək. Bunu Ermənistanın Rumıniyadakı keçmiş səfiri, politoloq Sergey Minasyan noyabrın 25-də keçirilən müzakirələr zamanı bildirib.
Onun sözlərinə görə, layihə ətrafındakı hadisələrin gedişatı ABŞ-dəki daxili siyasi proseslərdən asılı olaraq dəyişə bilər və İrəvan buna müdaxilə etmək imkanına malik deyil. Bununla belə, ekspert ABŞ-də bu layihə ilə bağlı ikipartiyalı konsensusun qorunduğunu və Ermənistanın yalnız öz daxili proseslərindən asılı olan məsələləri reallaşdıra biləcəyini qeyd edib. Minasyan hesab edir ki, TRIPP layihəsi regionda vəziyyətin sabitləşdirilməsi baxımından öz rolunu artıq yerinə yetirib və bu missiyanı davam etdirir.
Risklərin idarə olunması nöqteyi-nəzərindən politoloq layihəyə marağı artırmaq üçün Çin, Hindistan və Avropa İttifaqı da daxil olmaqla bütün regional və qeyri-regional aktorlarla fəal işləməyin vacibliyini vurğulayıb. O, həmçinin Ermənistan Konstitusiyası ətrafındakı proseslərin növbədənkənar seçkilərlə bağlı olacağını ehtimal edərək, bu ssenarinin daha real göründüyünü bildirib.