Almaniyalı hücumçu Çin klubunun hədəfində
"Verder"in hücumçusu Maks Kruze karyerasını Çində davam etdirə bilər. 29 yaşlı forvard "Tianjin Quanjan" klubunun maraq dairəsinə düşüb. Fabio Kannavaronun baş məşqçisi olduğu klub Kruzeyə ildə 13 milyon avro xərcləməyə hazırdır. Bremen təmsilçisinin bu transferdən qazancı açıqlanmır. Amma Kruzenin qiyməti 15 milyon avro göstərilir.
22 May 2017 13:41 İdman"Verder"in hücumçusu Maks Kruze karyerasını Çində davam etdirə bilər. 29 yaşlı forvard "Tianjin Quanjan" klubunun maraq dairəsinə düşüb. Fabio Kannavaronun baş məşqçisi olduğu klub Kruzeyə ildə 13 milyon avro xərcləməyə hazırdır. Bremen təmsilçisinin bu transferdən qazancı açıqlanmır. Amma Kruzenin qiyməti 15 milyon avro göstərilir.
Hücumçu geridə qalan mövsümdə 23 Bundesliqa oyununda meydana çıxmış və 15 qol vurmuşdu. Onun "Verder"lə 2019-cu ilə kimi müqaviləsi var. Goal.az