Gündəm
Şimşək çaxacaq, yağış yağacaq
Mayın 23-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.
“Proseslər mənfi ssenari üzrə gedir” – Moskvadan ŞOK XƏBƏRDARLIQ
“Koreya Xalq Demokratik Respublikası ətrafında hadisələrin inkişafı mənfi ssenari üzrə gedir”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin başçısının müavini Sergeyi Ryabkov bildirib. “Hadisələrin inkişafı mənfi ssenari üzrə gedir. Hərəkətlərin və əks-fəaliyyətlərin qüsurlu məntiqinə görə, buna son qoymaq lazımdır”, - diplomat jurnalistlərə deyib. Ryabkov qeyd edib ki, Koreya Xalq Demokratik Respublikası tərəfindən ballistik raketin sınağı nüvəsizləşməyə imkan yaratmır. O, həmçinin Vaşinqtonu təmkin nümayiş etdirməyə çağırıb. “Amma, digər tərəfdən, Vaşinqtondakı həmkarlarımızı şimal-şərqi Asiyası dövlətlərinin paytaxtlarında maksimal təmkinlik göstərməyə çağırırıq. Təlim-tədris tədbirlərinin və Pxenyanın hərəkətlərinə cavab olaraq regionda müasir sistemlərin genişləndirilməsi düzgün deyil. Çünki bu cür əks-tədbirlər gərginliyi artırır”, - o vurğulayıb.
Gülüstan Əliyevadan meyxanaçıya sərt cavab: "Özün bilirsən sən kimsən"
Meyxanaçı Samirə Yusifqızı ilə əməkdar artist Gülüstan Əliyeva arasındakı mahnı qalmaqalı səngimək bilmir. G.Əliyeva səsləndirdiyi "Ay nənə" mahnısını ilk dəfə özünün ifa etdiyini və aranjmanın ona məxsus olduğunu bildirən Samirəyə "10-dan sonra" verilişi vasitəsilə cavab verib.
İslamiadanın son günündə Azərbaycan idmançılarından yenə MEDALLAR
Bu gün Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində son yarış günündə uşu yarışları keçirilib. Azərbaycan idmançısı Elçin Eminov (56) İran təmsilçisi Mahdi Mohammadi ilə qarşılaşıb və gümüş medalla kifayətlənib.
Almaniyadakı Azərbaycan diasporu Putinə müraciət etdi
Almaniyada fəaliyyət göstərən bir sıra Azərbaycan diaspor təşkilatları – Drezdendəki Alm.Az Cəmiyyəti, Saksoniya-Anhaltdakı Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti və Avropa Əməkdaşlıq Forumu Təşkilatı İdarə Heyətinin üzvləri Ümumrusiya Azərbaycan Konqresinin ləğvinin qeydiyyatı ilə əlaqədar Rusiya Federasiyası Prezidenti Vladimir Putinə müraciət qəbul edib.
“Peşə təhsili haqqında” qanun layihəsi hazırlanır
“Peşə təhsili haqqında” qanun layihəsinin hazırlanması ilə əlaqədar komissiya yaradılıb. Artıq bu sahə üzrə qabaqcıl təcrübəsi olan bir neçə ölkənin qanunvericiliyi öyrənilib. Bundan başqa mövcud normativ hüquqi aktlara və xarici təcrübəyə istinad etməklə, qanun layihəsinin ilkin variantı artıq hazırdır”.
Kanada Azərbaycan Tədqiqatları İnstitutu ÜAK-la bağlı Rusiya XİN-ə məktub ünvanlayıb
Kanada Azərbaycan Tədqiqatları İnstitutu Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğvi ilə bağlıRusiyanın Xarici İşlər Naziri Sergey Lavrova məktub ünvanlayıb.
ADMİU-da XII beynəlxalq elmi-praktiki konfrans
Mədəniyyət və İncəsənət Universitetində Mədəniyyət və Turizm Nazirliyi, Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Pedaqoji Universitetinin professor-müəllim və tələbə heyəti ilə yanaşı Türkiyə, Özbəkistandan gələn tədqiqatçılarının da iştirakı ilə “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemlərinə” həsr edilmiş XII beynəlxalq elmi-praktiki konfrans keçirilib. Universitetdən “Olaylar” – a bildirlib ki, konfransı giriş sözü ilə açan Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva konfrans iştirakçılarını salamlayaraq, Universitetdə fasiləsiz və davamlı olaraq keçirilən “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda beynəlxalq konfransa azalmayan marağın səbəblərini, qoyulan mövzuların aktuallığını vurğulayıb.
Səyyar ASAN Xaçmaz və Qusarda
Danimarkada miqrantlarla bağlı şok qadağa
Danimarkanın paytaxtı Kopenhagendə miqrantların küçələrə çıxması qadağan edilir. Buna səbəb ötən həftə Danimarkada bir kəndçinin 6 miqrant gəncin hücumuna məruz qalmasıdır.
“Королевская корова” Bakını tərk etdi
Gənc Tamaşaçılar Teatrının qonağı olan Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrı ölkəmizdəki qastrol səfərini uğurla yekunlaşdıraraq geri dönüb. Qarşılıqlı yaradıcılıq müqaviləsinin müvafiq bəndlərinə uyğun olaraq baş tutan səfər zamanı 20-21 may tarixlərində qonaqlar paytaxt tamaşaçılarına 4 tamaşa nümayiş etdiriblər. Teatrdan “Olaylar” – a bildirlib ki, Gürcüstan teatrı daimi tamaşaçılarımıza L.Titova və A.Starotorjskinin “Королевская корова” (“Kralın inəyi”) tamaşasını nümayiş etdirib. Tamaşanın quruluşçu rejissoru Quram Breqadze, rəssamı Lomqul Murusidze, xoreoqrafı Qiya Marqaniya, musiqi tərtibatçısı Zurab İnqorokvadır.
Paytaxt xəstəxanasında bomba partladıldı: ən azı 23 nəfər…
Tailandın paytaxtı Banqkokda xəstəxanalarıdan birində partlayış baş verib. Hadisə nəticəsində ən azı 23 nəfər zərər çəkib. Şəhərin polis rəisinin müavini Srivara Ransibraxmanakulanın sözlərinə görə, partlayışın yerində partlayıcı maddənin izləri aşkar edilib.
Azərbaycan Humanitar elmlər üzrə II Beynəlxalq Forumda
Mayın 25 – 27 – də Qazaxıstanın paytaxtı Astana şəhərində türkdilli ölkələrin Humanitar elmlər üzrə II Beynəlxalq Forumu keçiriləcək. Forum Beynəlxalq Türk Akademiyasının təşəbbüsü ilə təşkil olunur. Forumun əsas strateji hədəfi türkdilli ölkələrin alim və ziyalılarının potensialını cəlb etməklə, bu ölkələrin humanitar inteqrasiyasını və birgə layihələrin icrasını təmin etməkdən ibarətdir. Forum çərçivəsində Beynəlxalq Türk Akademiyası və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimi də təşkil olunacaq. Mərkəzdən “Olaylar” – a bildirlib ki, forumda iştirak etmək və əməkdaşlıq memorandumunun imzalanması məqsədilə Mərkəzin direktoru Asif Usubəliyev 25-27 may tarixlərində Astana şəhərinə səfər edəcək.
İyulda müharibə başlaya bilər: 100 gün vaxt verilib
Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ prezidenti Donald Trampla danışıqların gedişatında Şimali Koreyaya təzyiqin göstərilməsi üçün 100 gün möhlət istəyib. Bu haqda mənbələrə istinadən “The Asahi Shimbun” nəşri yazıb.
Avtobus sürücüsü tələbə qızı zorladı - İstanbulu dəhşətə salan hadisə - VİDEO
İstanbul məhkəməsi tarixə keçəcək bir qərara imza atıb. Gecə yarısı Bağdad prospektində evinə gedən 19 yaşlı tələbə qızı zorlayan avtobus sürücüsü Cengiz Aya verilən 45 il həbs cəzası daha 12 il artırılıb.













