Gündəm

Azərbaycanda 5 tələbənin öldüyü hadisə ilə bağlı ŞOK FAKT

22 May 2017 12:10

Mayın 20-də Bakı-Qazax magistralının 112-ci kilometrliyində - Hacıqabul şəhəri yaxınlığında 5 tələbənin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı maraqlı faktlar üzə çıxıb.

Fidan Axundova: "Mən həyatın "döydüyü", övladı olmayan qadınam: nəyimə paxıllıq edirlər ki?"

22 May 2017 12:07

Bayaq bir nəfər mənə deyir ki, sənə ona görə sirrimi deyirəm ki, səndən söz çıxmayacağına əminən. Başqa cür ola bilməz. Onda mən Fidan olmaram ki... Amma deyim ki, irəli getmək üçün gərək o girdaba düşəsən. Mən teatrda işlədim. Amma inanın ki, o girdaba düşmədim. Yenə də sözün düzünü dedim, özü də düz sahibinin üzünə... və bir gün başa düşdüm ki, mən o mühitdə qala bilmərəm.

Şok kadrlar: müxalifətin yürüşündə oğrunu diri-diri yandırdılar - VİDEO

22 May 2017 11:54

Venesuelada etiraz aksiyaları səngimək bilmir. Srağagün və dünən 200 min insan paytaxt Karakas küçələrinə çıxıblar. DİN binasına tərəf yürüş edən aksiya iştirakçılarının əksəriyyətinin üzlərində qoruyucu maska vardı.

“Ermənistanın təxribatları öz başında çatlayacaq” 

22 May 2017 11:52

“Ermənistan artıq uzun müddətdir ki, Azərbaycana qarşı təxribatlarını davam etdirir. Adətən bu proses Azərbaycanda mühüm tədbirlər həyata keçiriləndə, eyni zamanda ölkə üçün önəmli dönəmlərdə və ya danışıqlar prosesi öncəsi baş verir. İndiki şəraitdə isə düşmənin ölkənin cəbhə xəttində aktivləşməsinin əsas səbəbləri Azərbaycan ordusunun erməni təxribatlarına qarşı tutarlı cavab verməsi, Ermənistan ordusunda hökm sürən fərarilik hallarının kifayət qədər artması, eləcə də düşmən ölkədə ictimai-siyasi durumun kifayət qədər acınacaqlı vəziyyətdə olması ilə bağlıdır”. Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Ekspert: “ÜAK heç bir qanunsuzluğa yol verməyib”

22 May 2017 11:50

“Hesab edirəm ki, Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) ilə bağlı məsələ hələ də tam qapanmayıb. Çox yaxşı olardı ki, bizim ölkənin müvafiq rəsmi və qeyri-rəsmi qurumları bizim narahatçılığımızı və narazılığımızı Rusiya Federasiyasının mümkün olan bütün alt və üst qatlarına çatdırmaqda davam edərdilər.

Azər Həsrət: “Tədbirlərə ev sahibliyi etmək asan məsələ deyil”

22 May 2017 11:48

“Hər şeydən öncə IV İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq tədbirlərin ev sahibliyinin Azərbaycana etibar edilməsi bizim dövlətin dünya miqyasında tanınmasının, qəbul edilməsinin, güvənli olmasının təsdiqidir”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.

Elxan Məmmədov: "Gəlin, qızıl medaldan həzz alaq"

22 May 2017 11:46

"Hər kəsi təbrik edirəm, gözəl final matçı izlədik. İlk hissədə daha rahat oynayırdıq. Sonra komandamız təzyiq altına düşərək, axıra yaxın oyuna nəzarəti itirmişdi. Buna baxmayaraq, qızıl medalları qazandıq. Bütün futbolçuları və məşqçilər heyətini təbrik edirəm". Bunu AFFA-nın baş katibi Elxan Məmmədov "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Omanı 2:1 hesabı ilə məğlub edərək, qızıl medal qazandığı final görüşündən sonra deyib.

Azərbaycan İslamiadanın medal siyahısında liderliyini davam etdirir

22 May 2017 11:43

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının doqquzuncu günündə Azərbaycan medal siyahısında liderliyini davam etdirib. Azərbaycan milli komandasının hesabında hazırda 154 medal (75 qızıl, 46 gümüş və 33 bürünc) var.

İngilislər Rusiyaya qarşı lazer silahı sifariş ediblər

22 May 2017 11:42

Böyük Britaniyanın Müdafiə Nazirliyi lazer silahların istehsal edilməsi üçün bir neçə Avropa şirkəti ilə müqavilə imzalayıb. Xəzər xəbər-in məlumatına görə, müqavilənin dəyəri 30 milyon sterlinqdir.

"Bu qələbələr Azərbaycan basketbolu üçün böyük bir təkandır"

22 May 2017 11:41

"Çox xoşbəxtik ki, finalda dünya çempionu Qətərə qalib gəldik. Bütün bu proseslərin çətin olmasına baxmayaraq, biz qələbəyə inanaraq qızıl medal qazandıq."

Boşanmaları haqda deyilən səbəb düz çıxmadı

22 May 2017 11:37

Model Tülin Şahinlə həyat yoldaşı Memet Özer 12 illik ailə həyatına ötən həftə səssiz-sədasız son qoymuşdular. Cütlüyün boşanmasına səbəb kimi Tülinin bədən forması pozulmasın deyə ana olmaq istəməməsi göstərilirdi. Ancaq modelin yaxınlarından əldə edilən məlumata görə, məsələ tamamilə başqa cür imiş. 

Sənəd qəbulu bu gün başa çatır

22 May 2017 11:35

Bu gün yayda keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır. Qeydiyyat prosesi bu gün saat 23:59-da başa çatacaq. 

İstanbulda QDİƏT sammiti başlayıb

22 May 2017 11:31

Bu gün Türkiyənin İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin dövlət və hökumət başçılarının 25-ci Zirvə toplantısı öz işinə başlayıb.

Meksikada avtobus qəzası - 12 ölü, 30 yaralı

22 May 2017 11:28

Meksikanın Çyapas ştatında dağlıq rayonda avtobusun yoldan çıxıb aşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 12 nəfər ölüb, 30 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Medvedyev İstanbulda Ərdoğanla görüşəcək

22 May 2017 11:29

Rusiyanın baş naziri Dmitri Medvedev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcək. Görüş Medvedevin İstanbula səfəri zamanı baş tutacaq.