Gündəm
Türkiyədə yeni terror aktının qarşısı alınıb
Ötən gün Ankarada zərərsizləşdirilmiş iki İŞİD döyüşçüsünün terror aktı hazırlaması məlum olub. Belə bir açıqlama ilə Ankaranın qubernatoru çıxış edib. Ankara qubernatorunun sözlərinə görə, terror aktı Türkiyənin hakim partiyasının qurultayı zamanı planlaşdırılıbmış.
Azərbaycan prezidenti Abu-Dabinin vəliəhdi ilə görüşüb
Azərbaycan prezidenti İlham Əliyev mayın 21-də Abu-Dabinin vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə görüşüb.
Sudanda silah-sursat anbarında partlayış baş verib, ölən və yaralananlar var
Sudanda silah-sursat anbarında partlayış baş verib. İnsident Nyala şəhərində qeydə alınıb. Hadisə nəticəsində azı 5 nəfər ölüb, 67 nəfər müxtəlif dərəcəli xəsarət alıb. İlkin məlumata əsasən, partlayışa qısa qapanma səbəb olub.
Ermənilər Rusiyada mayın 28-də Azərbaycana qarşı təxribat hazırlayırlar
Rusiyanın Kursk şəhərində Azərbaycanın Respublika Günündə - 28 mayda ermənilər tərəfindən təxribat hazırlanır. Kursk erməni gənclər Assosiasiyası həmin gün şəhərdə “Şuşanın azad olunmasının 25 illiyi” adlı təxribat xarakterli aksiya və “bayram konserti” planlaşdırıblar. Erməni gənclər məsələni artıq rəsmi qurumlarla razılaşdırdıqlarını bəyan ediblər.
Qənirə Paşayeva: “Dünyanın nüfuzlu qadınları Ermənistana qarşı öz etiraz səsini ucaltmalıdır”
Millət vəkili Qənirə Paşayeva Ümdünya Qadın Sammiti çərçivəsində Birləşmiş Ərəb Əmirliyinin dövlət naziri Maiza Arab Əl Şamsi ilə görüşüb. “Olaylar” xəbər verir ki, görüş zamanı millət vəkili Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında arasında bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlığın daha da genişlənməsinin məmuniyyət yaratdığını deyib.
Ermənilər qumbaraatanlardan istifadə edir
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 128 dəfə pozub.
Binəqədi-Novxanı yolunun bir hissəsi yenidən qurularaq istifadəyə verildi
Dövlət başçısının tövsiyyə və tapşırıqlarına əsasən bu il reallaşdırılan 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biri də Binəqədi-Novxanı-Corat avtomobil yoludur.
Deputat Təhsil Nazirliyini kəskin tənqid etdi
“Azərbaycanda dərslərin sentyabrın 1-də başlaması və mayın 25-də tamamlanması vacibdir, zəruridir, qaçınılmazdır! Bu istiqamətdə bütün ictimai təşəbbüsləri dəstəkləməyə hazıram”.
Yüksək vəzifəli məmur intihar etdi - Türkmənistanda
Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Batır Yereşov 52 yaşında ölüb. Araşdırma zamanı məlum olub ki, vitse-prezident özünü asaraq intihar edib.
Ötən il Azərbaycanda hepatit B və C virusundan ölənlərin sayı açıqlandı
Ötən il Azərbaycanda kəskin hepatit B virusundan 18, C hepatiti virusundan isə 11 nəfər ölüb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Komitədən qeyd olunub ki, Səhiyyə Nazirliyinin məlumatlarına əsasən 2016-cı ildə ölkə üzrə virus hepatitləri (A,B,C və digər formaları) ilə qeydə alınan xəstələrin sayı 319 nəfər təşkil edib.














