Türkiyədə deputatları daşıyan avtobus qəzaya uğradı - 26 YARALI
21 May 2017 15:25 DünyaAnkaranın Polatlı rayonunda AKP-nin bu gün keçirilən növbədənkənar qurultayına gələn nümayəndələrlə dolu avtobus qəzaya uğrayıb.
Hadisə nəticəsində 26 nəfər xəsarət alıb.
Hadisəyə səbəb kimi sürücünün nəqliyyat vasitəsinin idarəetməsini itirməsi göstərilir. Nəticədə, avtobus piyada keçidinin yaxınlığında fənər dirəyinə çırpılıb.
Avtobus qurultay nümayəndələrini İzmirdən Ankaraya gətirirmiş. Virtualaz.org.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31