Kabildə Almaniya vətəndaşı olan qadın naməlum şəxslər tərəfindən qətlə yetirilib.
Bu barədə Əfqanıstanın Xarici İşlər Nazirliyinə istinadən DPA agentliyi məlumat yayıb.
Daha bir qadın - Finlandiya vətəndaşı isə oğurlanıb. Eyni zamanda, hər iki əcnəbinin olduğu binanın mühafizəçisi yaralanıb.
Hadisənin təfərrüatları və hücumun motivləri hələ məlum deyil. Report.az