Bakıda hündürmərtəbəli binada YANĞIN

Bakının Xətai rayonu ərazisində yerləşən hündürmərtəbəli binalardan birində yanğın baş verib.

Hadisə "Xətai" metrostansiyası yaxınlığındakı binanın 15-ci mərtəbəsində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.

İlkin məlumata görə, yanğın ütünün cərəyana taxılmış vəziyyətdə qalması səbəb olub. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31