Keniyada Ebola virusuna yoluxanların sayı 8 nəfərə çatıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, Keniyada Ebola virusuna yoluxma hallarının sayı 8-ə yüksəlib. Ölkənin Səhiyyə Nazirliyinin Baş direktoru Patrik Amot bildirib ki, son yoxlanılan 38 nəfərdən birində testin nəticəsi müsbət çıxıb. Yeni yoluxan şəxs xəstəxanada təmizlik işlərinə baxan 49 yaşlı kişidir. Onun ilk xəstə ilə təmasda olarkən virusa yoluxduğu ehtimal edilir. Həmin şəxs hazırda təcrid olunub və müalicə alır.

Məlumata görə, oktyabrın 17-də daha 4 nəfərdə - 3 tibb işçisi və ilk xəstənin qohumunda yoluxma faktı təsdiqlənmişdi. Səhiyyə qurumları xəstələrlə təmasda olmuş 130 nəfəri müəyyənləşdirib, onların 128-i karantinə alınıb. İnfeksiyanın müəyyən edilmiş təmas zəncirindən kənarda yayılması əlamətləri hələlik aşkar edilməyib.

Qeyd edək ki, Keniyada ilk Ebola halı oktyabrın 6-da qeydə alınıb. Əvvəllər Konqo Demokratik Respublikasında yaşamış və oktyabrın 3-də Keniyaya gəlmiş yerli sakin oktyabrın 5-də dünyasını dəyişib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31