Zaxarova Fransa prezidenti Emmanuel Makronu ikili standartlarda ittiham edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Fransada həyat bahaçılığına qarşı keçirilən və iğtişaşlarla müşayiət olunan kütləvi etirazlardan sonra Makron xalqa müraciət edərək, şəhərlərin qorunması üçün sərt tədbirlərin görüləcəyini bildirib. Zaxarova öz Telegram kanalında bu addımı tənqid edərək vurğulayıb ki, Parisdəki iğtişaşlar sərt şəkildə qınandığı halda, başqa ölkələrdəki analoji etirazlar zamanı Qərb "insan hüquqları" bəhanəsi ilə həmin dövlətləri susmağa çağırır. O, insan hüquqları mövzusunda siyasi hoqqabazlıqlara son qoyulmasını və vahid standartların tətbiq edilməsini tələb edib.

Qeyd edək ki, Fransada aksiyalar zamanı etirazçılarla polis arasında şiddətli toqquşmalar, talanlar və vandalizm halları yaşanıb. Ölkədə iğtişaşların tüğyan etdiyi vaxtda Makronun həyat yoldaşı ilə birlikdə konsertdə əylənməsini ekspertlər və media kəskin tənqid edib, bundan sonra prezident hökumətdən təcili tədbirlər görməyi tələb edib. Yaranmış gərginliklə əlaqədar olaraq, prefeatlığın qərarı ilə Marsel şəhərində bütün nümayiş və toplaşmalar rəsmi olaraq qadağan edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31