Ukrayna Litva hava məkanının pozulmasına görə üzr istəyib-ÖZƏL

Ukrayna öz pilotsuz təyyarəsinin Litva hava məkanını pozduğunu etiraf edib və hadisəyə görə təəssüfünü bildirib.
Olaylar.az TASS-a istinadən xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy hadisənin yaratdığı narahatlığa görə üzr istəyib və araşdırma üçün mövcud məlumatları Litva tərəfi ilə bölüşməyə hazır olduqlarını bildirib.
Litvanın müdafiə naziri Robertas Kaunas isə daha əvvəl sözügedən dronun Ukraynanın Sankt-Peterburqa hücumunda iştirak etdiyini açıqlayıb. Hadisədən sonra Litvada təxminən bir saat hava həyəcanı elan edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31