“Proseslər mənfi ssenari üzrə gedir” – Moskvadan ŞOK XƏBƏRDARLIQ
“Koreya Xalq Demokratik Respublikası ətrafında hadisələrin inkişafı mənfi ssenari üzrə gedir”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin başçısının müavini Sergeyi Ryabkov bildirib. “Hadisələrin inkişafı mənfi ssenari üzrə gedir. Hərəkətlərin və əks-fəaliyyətlərin qüsurlu məntiqinə görə, buna son qoymaq lazımdır”, - diplomat jurnalistlərə deyib. Ryabkov qeyd edib ki, Koreya Xalq Demokratik Respublikası tərəfindən ballistik raketin sınağı nüvəsizləşməyə imkan yaratmır. O, həmçinin Vaşinqtonu təmkin nümayiş etdirməyə çağırıb. “Amma, digər tərəfdən, Vaşinqtondakı həmkarlarımızı şimal-şərqi Asiyası dövlətlərinin paytaxtlarında maksimal təmkinlik göstərməyə çağırırıq. Təlim-tədris tədbirlərinin və Pxenyanın hərəkətlərinə cavab olaraq regionda müasir sistemlərin genişləndirilməsi düzgün deyil. Çünki bu cür əks-tədbirlər gərginliyi artırır”, - o vurğulayıb.
22 May 2017 13:09 Dünya"Koreya Xalq Demokratik Respublikası ətrafında hadisələrin inkişafı mənfi ssenari üzrə gedir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin başçısının müavini Sergeyi Ryabkov bildirib. "Hadisələrin inkişafı mənfi ssenari üzrə gedir. Hərəkətlərin və əks-fəaliyyətlərin qüsurlu məntiqinə görə, buna son qoymaq lazımdır", - diplomat jurnalistlərə deyib. Ryabkov qeyd edib ki, Koreya Xalq Demokratik Respublikası tərəfindən ballistik raketin sınağı nüvəsizləşməyə imkan yaratmır. O, həmçinin Vaşinqtonu təmkin nümayiş etdirməyə çağırıb. "Amma, digər tərəfdən, Vaşinqtondakı həmkarlarımızı şimal-şərqi Asiyası dövlətlərinin paytaxtlarında maksimal təmkinlik göstərməyə çağırırıq. Təlim-tədris tədbirlərinin və Pxenyanın hərəkətlərinə cavab olaraq regionda müasir sistemlərin genişləndirilməsi düzgün deyil. Çünki bu cür əks-tədbirlər gərginliyi artırır", - o vurğulayıb.
Qeyd edək ki, bazar günü Koreya Xalq Demokratik Respublikası Pxenan-Namdo əyalətinin Pukçxan rayonunun qərb sahilindən ballistik raketi buraxıb. Cənubi Koreya hərbçilərinin qiymətləndirməsinə görə, orta mənzilli "Pukkıkson-2" tipinə aid raket təxminən 500 kilometr məsafə qət edib. Raket Koreya yarımadasının şərq sahilindən 350 kilometr uzaqlıqda, Yaponiyanın xüsusi iqtisadi zonasından kənarda düşüb. Öz mənbələrİə istinadən "The Asahi Shimbun" nəşri isə yazıb. Çin Xalq Respublikasının sədri Si Cinpin aprelin 7-də ABŞ prezidenti Donald Trampla danışıqların gedişatında Şimali Koreyaya təzyiqin göstərilməsi üçün 100 gün möhlət istəyib. Gözlənildiyi kimi, liderlər 100 günün nəticələrinin G7-nin ("Böyük yeddilik") iyulda keçiriləcək sammitində müüzakirə edəcəklər. Vaşinqton daha əvvəl bəyan edib ki, Pxenyanın nüvə və raket proqramını dayandırmaq üçün hərbi müdaxilə də olmaqla, bütün variantlar masadadır. Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir.