İslamiadanın son günündə Azərbaycan idmançılarından yenə MEDALLAR
Bu gün Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində son yarış günündə uşu yarışları keçirilib. Azərbaycan idmançısı Elçin Eminov (56) İran təmsilçisi Mahdi Mohammadi ilə qarşılaşıb və gümüş medalla kifayətlənib.
22 May 2017 12:59 SosialBu gün Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində son yarış günündə uşu yarışları keçirilib. Azərbaycan idmançısı Elçin Eminov (56) İran təmsilçisi Mahdi Mohammadi ilə qarşılaşıb və gümüş medalla kifayətlənib. 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Yeniyetmələrin Yay Olimpiya Oyunlarının gümüş medalçısı Bayram Şəmmədov da həlledici görüşdə iranlı Foroud Zafari ilə qarşılaşıb. Oyun İran idmançısının qələbəsi ilə başa çatıb. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev final qarşılaşmasına baxıb. Trend.az