Səyyar ASAN Xaçmaz və Qusarda
22 May 2017 12:30 SosialSəyyar ASAN qatar 22 may - 5 iyun tarixində Xaçmaz şəhərində, səyyar ASAN xidmət 22 may - 20 iyun tarixində Qusar şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
ASAN Xidmətdən "Olaylar" - a bildirlib ki, Səyyar ASAN xidmət tərəfindən Xəzər rayonunun Mərdəkan qəsəbəsində kommunal xidmətlər, Abşeron Gənclər Evində isə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir. Səyyar avtobuslar 1 - 30 may Ağcabədi, Naftalan, Zaqatala, Biləsuvar, Kürdəmir şəhərlərində, 3 - 22 may Məhəmmədi kəndində, 20 - 29 may Pirallahı qəsəbəsində, 20 may - 8 iyun Zərdabda vətəndaşların xidmətində olacaqlar.
Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.