Azərbaycan Humanitar elmlər üzrə II Beynəlxalq Forumda

Mayın 25 – 27 – də  Qazaxıstanın paytaxtı Astana şəhərində türkdilli ölkələrin Humanitar elmlər üzrə II Beynəlxalq Forumu keçiriləcək. Forum Beynəlxalq Türk Akademiyasının təşəbbüsü ilə təşkil olunur. Forumun əsas strateji hədəfi türkdilli ölkələrin alim və ziyalılarının potensialını cəlb etməklə, bu ölkələrin humanitar inteqrasiyasını və birgə layihələrin icrasını təmin etməkdən ibarətdir. Forum çərçivəsində Beynəlxalq Türk Akademiyası və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimi də təşkil olunacaq. Mərkəzdən “Olaylar” – a bildirlib ki, forumda iştirak etmək və əməkdaşlıq memorandumunun imzalanması məqsədilə Mərkəzin direktoru Asif Usubəliyev 25-27 may tarixlərində Astana şəhərinə səfər edəcək.

Mayın 25 - 27 - də  Qazaxıstanın paytaxtı Astana şəhərində türkdilli ölkələrin Humanitar elmlər üzrə II Beynəlxalq Forumu keçiriləcək. Forum Beynəlxalq Türk Akademiyasının təşəbbüsü ilə təşkil olunur. Forumun əsas strateji hədəfi türkdilli ölkələrin alim və ziyalılarının potensialını cəlb etməklə, bu ölkələrin humanitar inteqrasiyasını və birgə layihələrin icrasını təmin etməkdən ibarətdir. Forum çərçivəsində Beynəlxalq Türk Akademiyası və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimi də təşkil olunacaq. Mərkəzdən "Olaylar" - a bildirlib ki, forumda iştirak etmək və əməkdaşlıq memorandumunun imzalanması məqsədilə Mərkəzin direktoru Asif Usubəliyev 25-27 may tarixlərində Astana şəhərinə səfər edəcək.

Azərbaycan milli mədəniyyətinin təbliğinə xidmət edəcək əməkdaşlıq memorandumu çərçivəsində müxtəlif səpgili birgə tədbirlərin təşkili ilə yanaşı tərəflərin qarşılıqlı informasiya dəstəyinin göstərilməsi də nəzərdə tutulur. Forum zamanı "Türkdilli ölkələrin mədəniyyət siyasətinin prioritetləri" mövzusunda çıxış edəcək Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev bildirir ki, sözügedən əməkdaşlıq eyni zamanda ölkəmizdə kulturologiya elminə qarşı olan ictimai marağın artmasına da xidmət edəcəkdir. Böyük imkanlara və beynəlxalq çıxışlara malik olan Beynəlxalq Türk Akademiya ilə əməkdaşlıq mövcud istiqamətdə tədqiqatlar aparan azərbaycanlı alimlər üçün də müxtəlif imkanlar yaradacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31