Rusiya ilə təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Təhsil nazirinin müavini Mətin Eynullayevin rəhbərliyi ilə 16 ali təhsil müəssisəsini təmsil edən nümayəndə heyəti Azərbaycan - Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının II Forumunda iştirak etmək məqsədilə Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa şəhərində səfərdə olub.
22 May 2017 13:44 SosialTəhsil nazirinin müavini Mətin Eynullayevin rəhbərliyi ilə 16 ali təhsil müəssisəsini təmsil edən nümayəndə heyəti Azərbaycan - Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının II Forumunda iştirak etmək məqsədilə Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa şəhərində səfərdə olub. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, forum çərçivəsində Azərbaycan Respublikası və Rusiya Federasiyası ali təhsil müəssisələri arasında əməkdaşlıq müqavilələri imzalanıb, nümayəndə heyəti Başqırdıstan Respublikasının ali təhsil müəssisələrinin imkanları ilə tanış olub. Səfər zamanı təhsil nazirinin müavini Mətin Eynullayev Başqırdıstan Respublikasının rəhbəri Rustem Xamitovla görüşüb. Görüşdə, həmçinin Başqırdıstan Respublikası Baş nazirinin müavini Salavat Saqitov, Başqırdıstan Respublikasının təhsil naziri Gulnaz Şafikova iştirak edib. Görüşdə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında təhsil sahəsində əməkdaşlıq, Başqırdıstan və Azərbaycan ali təhsil müəsisələri arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti müzakirə olunub. Başqırdıstan tərəfi Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlarla yaxından tanış olmaq arzusunu ifadə edib.