Ermənistan BMT-də yeni AES-in tikintisi və mövcud stansiyanın müddətinin uzadılmasını müzakirə edib – ÖZƏL
11:55 DünyaOlaylar.az xəbər verir ki, Ermənistan nümayəndə heyəti BMT Baş Assambleyasının 81-ci sessiyasının Birinci Komitəsində bəyan edib ki, ölkə Nüvə Silahlarının Yayılmaması Haqqında Müqaviləyə sadiqdir, nüvə enerjisindən dinc məqsədlərlə istifadə edir və Ermənistan AES-in istismar müddətinin təhlükəsiz uzadılması, eləcə də yeni atom elektrik stansiyasının tikintisinə keçid məsələlərində MAQATE ilə sıx əməkdaşlığa hazırdır.
Qeyd olunub ki, Ermənistan AES-in köhnə blokunun istismar müddəti 2036-cı ilə qədər uzadılır. Yeni AES-in modelinin isə 2027-ci ilin birinci yarısında seçiləcəyi gözlənilir. Rusiya variantının da istisna edilmədiyi layihə üçün "Rosatom" İrəvana 1 QV t gücündə yeni energoblokun tikintisini təklif edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31