Gündəm

Çimərliklərlə bağlı yoxlamaların nəticələri yaxın günlərdə açıqlanacaq

30 May 2017 12:25

"Ölkəmizdə çimərliklərin yararlılığını təyin etmək üçün mayın 16-dan dəniz suyunun yoxlanılmasına başlanıb". Bu barədə  Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov məlumat verib.

Qadını soyan şəxs yaxalanıb

30 May 2017 12:24

Bakı şəhər sakini Sədaqət Eminova bankomatlardan birindən pul çıxarıb evə gedən zaman Nəsimi rayonu S.Vurğun küçəsində bir nəfər naməlum şəxs ona qarşı zor tətbiq edərək içərisində 682 manat pul və dəyəri 300 manat olan bir ədəd mobil telefon olan çantasını zorla alaraq qaçmağa cəhd göstərib.

Uşağa baxan valideynləri işdən azad edənlər cərimələnəcək

30 May 2017 12:23

Azərbaycanda hamilə qadının və ya himayəsində üç yaşınadək uşağı olan qadının, üç yaşınadək uşağını təkbaşına böyüdən kişinin əmək hüquqlarını pozmaya görə cərimələr artırılır. Məlumata görə, bu, Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb. Bu dəyişikliklərə əsasən, qadının hamiləliyinə və ya himayəsində üç yaşınadək uşağı olmasına görə, həmçinin kişi üç yaşınadək uşağını təkbaşına böyütdüyünə görə onunla əmək müqaviləsini əsassız ləğv edənlər 2000 manatdan 3000 manatadək miqdarda cərimələnəcəklər.

Sınaq imtahanında test tapşırıqlarının doğru cavabları açıqlandı

30 May 2017 12:12

Dövlət İmtahan Mərkəzi mayın 27-də keçirilmiş sınaq imtahanında I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri ) istifadə olunan test tapşırıqlarının doğru cavab etalonlarını açıqlayıb.

Totti qərar verdi: "Karyeramı bitirmirəm"

30 May 2017 12:09

"Roma" ilə vidalaşan Françesko Tottinin karyerasını davam etdirib-etdirməyəcəyinə aydınlıq gəlib.  41 yaşlı futbolçu butslarını mismardan asmağa tələsmir. Belə ki, Totti ailəsi və dostlarının əhatəsində açıqlama verərək, növbəti mövsümdə də futbol oynayacağını istisna etməyib: "Fanatlara yazdığım məktubda bir punkt çatışmır.

Formula 1-ə 57 ölkədən bilet alınıb

30 May 2017 12:07

Formula 1 Azərbaycan Qran Prisinə 57 ölkədən bilet alınıb. Bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin kommersiya şöbəsinin rəhbəri Bülent Özerdim deyib. 

"Beynəlxalq Bank ətrafında baş verənlər manata təsir etməyəcək"

30 May 2017 12:03

Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin restrukturizasiyası planının baş tutub-tutmaması manatın məzənnəsinə təsir etməyəcək. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib. "Bu prosesin manatın məzənnəsinə heç bir təsiri olmayacaq.

Gənclərə milli-mənəvi dəyərlər təbliğ edilir

30 May 2017 12:01

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Milli-mənəvi dəyərlərimiz xalqımızın siması, böyük sərvətidir” adlı növbəti tədbirini Siyəzən rayonunda keçirib. “OLAYLAR”-a daxil olan məlumata görə, Siyəzən rayonunda Gənclər Mərkəzində keçirilən tədbirdə ADİİM sədri Cavid Şahverdiyev layihə haqqında qısa məlumat verdikdən sonra bildirib ki, xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur: “Bu gün milli-mənəvi dəyərlərimizə qarşı çıxmaq təşəbbüsləri və halları olduğu üçün, bu vacib məsələnin daim diqqətdə saxlanılması zərurəti yaranıb”.

Qarabağla bağlı kimsə fikirləşmir

30 May 2017 11:59

Parisdə bağlı qapılar arxasında 3 saata yaxın görüş keçirən Fransa rəhbəri E.Makronla Rusiya Prezidenti V.Putin görüşdən sonra jurnalistlər üçün müzakirə mövzuları ilə bağlı açıqlamalar veriblər. E. Makron görüşün qarşılıqlı anlaşma əsasında keçdiyini bildirib. Rusiya və Fransa arasında əməkdaşlığın inkişafının vacibliyindən danışıblar.

Atəşkəsin pozulması halları artır

30 May 2017 11:57

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 82 millimetrlik minaatanlardan da (13 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 128 dəfə pozub.

Tahir Mirkişili: “ATƏT Ermənistanın dağıdıcılıq siyasətinin qarşısını almalıdır” 

30 May 2017 11:58

Mayın 29-30-da Avstriyanın Villach şəhərində ATƏT Parlament Assambleyasının “Milli azlıqların dəstəklənməsində milli parlamentlərin potensialı” mövzusunda təşkil etdiyi konfransda Milli Məclisin ATƏT PA –da nümayəndə heyəti sədrinin müavini Tahir Mirkişili çıxış edib.

Azərbaycanda qeyri-rəsmi əmək fəaliyyəti araşdırılacaq

30 May 2017 11:55

Azərbaycanda ölkənin əmək bazarında qeyri-rəsmi əmək fəaliyyəti ilə məşğul əhalinin sayı qiymətləndiriləcək. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş məlumat və statistikaya dair sub-regional seminarda deyib.

Prezident İlham Əliyev Statoil şirkətinin icraçı vitse-prezidentini qəbul edib

30 May 2017 11:54

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Statoil şirkətinin beynəlxalq inkişaf və istehsal üzrə icraçı vitse-prezidenti Lars Kristian Baxerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.