İndoneziyada 6,8 bal gücündə zəlzələ
30 May 2017 12:24 Dünyaİndoneziyanın Sulewasi adasında 6,8 bal gücündə yeraltı təkan baş verib. "Olaylar" "Miliyyet" - ə istinadən bildirir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzinin məlumatına əsasən zəlzələ Palunun əyalətinin 79km cənub -şərqində 9,1 km dərinlikdə qeydə alınıb.
İndoneziya Milli Afət İdarə Agentliyindən zəlzələnin təsiri ilə çox sayda binanın zərər gördüyü, 3 nəfərin yaralandığı bildirilir. Əraziyə axtarış qurtarma qrupları göndərilib. İndoneziya Meteorologiya, Klimatoloji və Geofizika Təşkilatı (BMGK) isə zəlzələnin ardından 14 xırda yeraltı təkanlar qeydə alındığını, lakin bölgədə sunami gözlənilmədiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31