"Beynəlxalq Bank ətrafında baş verənlər manata təsir etməyəcək"

Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin restrukturizasiyası planının baş tutub-tutmaması manatın məzənnəsinə təsir etməyəcək. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib. "Bu prosesin manatın məzənnəsinə heç bir təsiri olmayacaq.

Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin restrukturizasiyası planının baş tutub-tutmaması manatın məzənnəsinə təsir etməyəcək. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib. "Bu prosesin manatın məzənnəsinə heç bir təsiri olmayacaq. Bildiyiniz kimi, ABB-nin xarici öhdəliklərinin restrukturizasiyası planı Maliyyə Sabitliyi Şurası tərəfindən qəbul olunmuş proqrama əsasən həyata keçirilən tədbirdir", - o qeyd edib. Bankir əlavə edib ki, ilin sonunadək manatın məzənnəsi üçün heç bir risk yoxdur: "İlin sonunadək manatın ucuzlaşması risklərini görmürük".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31