Gündəm
Bağdadda iki partlayış törədilib, 20 nəfər ölüb, 60 nəfər yaralanıb
İraqın paytaxtı Bağdadda törədilən ikinci partlayış nəticəsində 7 nəfər ölüb, 30 nəfər yaralanıb. Bu barədə yerli təhlükəsizlik xidməti və şahidlər bildiriblər. Partlayış avtomobilə qoyulan bombanın partlaması nəticəsində olub.
Dəniz Səkiyə gələcək qayınatasından zərbə
Həbsdən çıxmasına bir həftə qalmış müğənni Dəniz Səkini sevgilisi ziyarət etmir. Səki həbsdə olduğu 128 həftədə daim onun görüşünə gedənFaruk Salmanın sonuncu həftə ziyarətdə olmamasının səbəbi aydınlaşıb. Belə ki, Farukun atası icazə vermədiyi üçün Dənizi görməyə getmədiyi deyilir. Müğənni azadlığa çıxdıqdan sonra sevgilisi ilə evlənəcəyindən ata oğlunu ondan ayırmaq istəyir.
Mərkəzi Bankdan 11 milyon oğurlandı - Rusiyada
Moskvada naməlum şəxs Rusiya Mərkəzi Bankının binasında 11 milyon rubldan çox vəsait oğurlayıb. Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən "Moskva" agentliyi məlumat yayıb. Oğru məkana pəncərədən girib. Oğurlanmış pul Mərkəzi Bankda sektor müdirinə məxsus olub. Faktla bağlı külli miqdarda vəsaitin oğurlanması maddəsi üzrə cinayət işi başladılıb. Hadisə yerində əməliyyat-istintaq qrupu işləyir, cinayətkarın kimliyinin müəyyənləşməsi yolunda addımlar atılır.
Mövlud öz təqdimatından nə danışardı? Ayxan Ayvaz yazır...
Bakıda güclü külək XƏBƏRDARLIĞI - Moskva qasırğasının təsirindəndirmi?
Azərbaycana şimaldan - Rusiya ərazisindən hava kütlələrinin daxil olması ilə əlaqədar hava şəraiti qeyri-sabit olacaq. Bunu özəl olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
Mingəçevirdə “Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri” mövzusunda tədbir keçirilib
Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) Mingəçevir şəhərində “Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri” mövzusunda seminar keçirib. Mingəçevir Media Resurs Mərkəzində keçirilən tədbirə Qərb bölgəsində mövcud olan yerli KİV-lərin nümayəndələri, paytaxtda fəaliyyət göstərən KİV-lərin bölgə üzrə təmsilçiləri, həmçinin, yerli internet fəalları və QHT-lərin nümayəndələri qatılıblar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 80 nəfər əlilliyi olan şəxs Nabran istirahət zonasına yola salınıb
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən daha 80 nəfər əlilliyi olan şəxs Xaçmaz rayonundakı Nabran istirahət zonasına istirahətə göndərilib.
“Sağlam həyat tərzi” mövzusunda fləşmob keçirilib
“Ekoloji aylıqlar” layihəsi çərçivəsində “Sağlam həyat tərzi” mövzusunda fləşmob keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə, həmçinin “Sağlam həyat tərzi” mövzusu üzrə elmi konfrans, müsabiqə, yarış, “Açıq dərs”, sərgi və ekskursiyalar təşkil edilib, müxtəlif araşdırmalar aparılıb. Tanınmış idmançıların şagirdlərlə görüşü olub. “Ekoloji aylıqlar” layihəsi çərçivəsində “Sağlam həyat tərzi” mövzusunda tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini sağlam həyat tərzinə yönəltmək, onları bu barədə daha geniş məlumatlandırmaqdan ibarətdir.
Kölndə Respublika Günü qeyd edilib
Almaniyanın Köln şəhərində “EFİZ - Avropa Əməkdaşlıq Forumu” və “Galereya Art kafe - Art Haus”un birgə əməkdaşlığı ilə Azərbaycanın 28 May -Respublika Günü qeyd edilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, “Galereya Art kafe-Art Haus”un rəhbəri Cavid Xanlarov və “EFİZ”-in sədri Samira Patzer-İsmailova qonaqları salamlayaraqonalrı Respublika Günü münasibətilə təbrik ediblər.
DİN anasını öldürən oğulla bağlı məlumat yaydı
Daxili İşlər Nazirliyi (DİN) mayın 27-də Mingəçevirdə tprədilmiş qətllə bağlı məlumat yayıb. “Olaylar” xəbər verir ki, məlumatda bildirilir ki, mayın 27-də şəhər sakini Kəmalə Məhərrəmovanın döş nahiyəsinə tüfəngdən açılan atəşlə qətlə yetirilməyə xarakterik olan meyiti evində tapılıb. Araşdırma zamanı hadisənin K.Məhərrəmovanın oğlu Nail tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib. Mingəçevir ŞPŞ və Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nail Yevlax rayonu ərazisində tutulub. Ondan lüləsi və qundağı kəsilmiş ov tüfəngi götürülüb.
Müdafiə Nazirliyi ehtiyat zabit və gizir hazırlığı kurslarına namizədlər qəbul edir
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunacaq “Ehtiyat zabit hazırlığı kursu”na və “Gizir (miçman) hazırlığı kursu”na namizədlərin qəbulu elan edilir. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, “Ehtiyat zabit hazırlığı kursu”na qəbul olunmaq istəyən namizədlər 20 iyun 2017-ci il tarixdən 10 iyul 2017-ci il tarixədək ərizə ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər: Qəbul olunmaq üçün müraciət etmiş namizədlər test üsulu ilə ümumi fənlərdən və fiziki hazırlıqdan keçirilən imtahanlara cəlb edilirlər.
Həyat elə kinodu..!
Biz onu “Cavad xan”, “Azarkeş, “Sovqat”, “100000 AZN”, “Əzizim Fellini”, “Səhərə inan...”, “Döngələr” (teleserial), “Dərs”, “Bir günəş altında”, “Hoqqa” filmləri ilə tanıdıq, filmlərini izlədik. Sənətkar olduğunu qəbul etdik, sevdik.
Müftidən ŞOK FƏTVA: "Oruc zəngin insanlar üçün məcburidir"
ABŞ televiziyalarından birində yayımlanan xəbərdə müxtəlif ölkələrdə kasıb təbəqənin aylıq gəlirini nəzərə alaraq onların oruc tutmasının məcburi yox, könüllü olduğu qeyd edilib.
Zina edən kişini diri-diri basdırdılar - ŞOK HADİSƏ
Somalidə "Əş-Şəbab" terror təşkilatı 44 yaşlı kişini zina üstündə daşlayaraq öldürüb. Terror təşkilatı 44 yaşındakı kişinin hamilə qadına etdiyi evlilik təklifini batil hesab edib və onun qadına təcavüz etdiyini iddia edib.
Oruc tutanlara: Artıq çəki almamaq üçün bu cür qidalanın
Gün ərzində yemək saatlarının dəyişməsi və qidalanma vərdişlərində baş verən qəfil dəyişikliklər Ramazan ayında artıq çəkiyə səbəb ola bilər. Lakin balanslı və düzgün planlaşdırılan imsak və iftar süfrələri çəkinin idarə olunmasına kömək edir.














