Mərkəzi Bankdan 11 milyon oğurlandı - Rusiyada

Moskvada naməlum şəxs Rusiya Mərkəzi Bankının binasında 11 milyon rubldan çox vəsait oğurlayıb. Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən "Moskva" agentliyi məlumat yayıb. Oğru məkana pəncərədən girib. Oğurlanmış pul Mərkəzi Bankda sektor müdirinə məxsus olub. Faktla bağlı külli miqdarda vəsaitin oğurlanması maddəsi üzrə cinayət işi başladılıb. Hadisə yerində əməliyyat-istintaq qrupu işləyir, cinayətkarın kimliyinin müəyyənləşməsi yolunda addımlar atılır.

Moskvada naməlum şəxs Rusiya Mərkəzi Bankının binasında 11 milyon rubldan çox vəsait oğurlayıb. Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən "Moskva" agentliyi məlumat yayıb. Oğru məkana pəncərədən girib. Oğurlanmış pul Mərkəzi Bankda sektor müdirinə məxsus olub. Faktla bağlı külli miqdarda vəsaitin oğurlanması maddəsi üzrə cinayət işi başladılıb. Hadisə yerində əməliyyat-istintaq qrupu işləyir, cinayətkarın kimliyinin müəyyənləşməsi yolunda addımlar atılır. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31