Kölndə Respublika Günü qeyd edilib

Almaniyanın Köln şəhərində “EFİZ - Avropa Əməkdaşlıq Forumu” və “Galereya Art kafe - Art Haus”un birgə əməkdaşlığı ilə Azərbaycanın 28 May -Respublika Günü qeyd edilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, “Galereya Art kafe-Art Haus”un rəhbəri Cavid Xanlarov və “EFİZ”-in sədri Samira Patzer-İsmailova qonaqları salamlayaraqonalrı Respublika Günü münasibətilə təbrik ediblər.

Almaniyanın Köln şəhərində "EFİZ - Avropa Əməkdaşlıq Forumu" və "Galereya Art kafe - Art Haus"un birgə əməkdaşlığı ilə Azərbaycanın 28 May -Respublika Günü qeyd edilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, "Galereya Art kafe-Art Haus"un rəhbəri Cavid Xanlarov və "EFİZ"-in sədri Samira Patzer-İsmailova qonaqları salamlayaraqonalrı Respublika Günü münasibətilə təbrik ediblər. Daha sonra çıxışına davam edən Samira Patzer-İsmailova tədbirdə iştirak edən əcnəbi qonaqlara bu günün tarixi mahiyyəti barədə geniş məlumat verib. Samira Patzer-İsmailova müasir Azərbaycanın bu nailiyyətlərin davamçısı olaraq, yeni inkişaf mərhələlərini keçdiyini və Azərbaycan Republikası Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzaladığını qeyd edib. Tədbirdə çıxış edənBundestaqın sabiq üzvü, Alman-Azərbaycan Forumunun sədr müavini Helga Daub Azərbaycanın Şərq-Qərb körpüsü, qədim mədəni sərvətlərin vətəni, müasir beynəlxalq tədbirlərin təşkilatçısı kimi əhəmiyyətli rolundan bəhs edib. Tədbirin bədii hissəsində isə Samira Patzer-İsmailova Azərbaycan musiqi tarixi və professional musiqinin banisi Üzeyir Hacibəylinin haqqında məlumat verib. Daha sonra Almaniyada təhsil alan pianoçu Togrul Hüseynli pianoda ifası ilə tədbiri davam etdirib. Alman və Azərbaycan bəstəkarlarının əsərlərini ifa edərək pianoçu çıxışını "Sarı Gəlin"Azərbaycan xalq mahnısı ilə yekunlaşdırıb. Tədbir çərçivəsində Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi də təşkil olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31